25 Yanvar 2020, Şənbə

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə muxtar respublikanın 9-11-ci sinif şagirdləri arasında keçirilən “İnte­qrasiya” inteqrativ-intellektual oyunu üzrə “Muxtariyyət kuboku” yarışının final mərhələsi Naxçıvan şəhərindəki Gənclər Mərkəzində baş tutub.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində “XX əsr Naxçıvan ədəbi mühiti” mövzusunda elmi konfrans keçirilib. Konfransı giriş sözü ilə açan universitetin rektoru, dosent Elbrus İsayev XX əsrin siyasi, tarixi, ədəbi mənzərəsinə nəzər salıb. Çox mürəkkəb və ziddiyyətli proseslərin fonunda ədəbiyyatın inkişafından söhbət açılıb, çağdaş ədəbiyyatşünaslığımızda Naxçıvan ədəbi mühitinin öyrənilməsi istiqamətində də xeyli uğurlar əldə edildiyi vurğulanıb. Rektor belə konfransların keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Ardını oxu...

“Naxçıvan” Universitetində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasının enerji diplomatiyası” mövzusunda elmi-praktik konfrans keçirilib.

Ardını oxu...

Günəşin buludlarla gizlənqaç oynadığı, ağacların “göz yaşları”nın selə döndüyü, küləyin “qələbəsini” bayram etdiyi bir payız günündə şəhərimizin qoynunda, yaraşıqlı tikililərin qənşərində boy göstərən, əzəmətli görünüşü ilə gözoxşayan bir ünvana üz tuturam. Ecazkar quruluşları ilə abad küçələri daha da cəlbedici göstərən xiyabanları, fəslin ab-havasına bürünən, qocaman çinar ağaclarının köksünə sığındığı göyqurşağını xatırladan parkları seyr edə-edə yolu nə zaman qət etdiyimin fərqinə belə, varmıram. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının icrası ilə bağlı “Naxçıvan” Universitetində növbəti seminar-­treninq keçirilib.

Ardını oxu...

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR