28 Yanvar 2020, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının icrası ilə bağlı “Naxçıvan” Universitetində növbəti seminar-­treninq keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna hədiyyə olunan 12 əlyazma və çap kitabının təqdimatı keçirilib.
Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq muxtar respublika ərazisindən toplanılan əlyazma və qədim çap kitablarının tariximizin və mədəniyyətimizin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıdığını söyləyib və bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb. Bildirilib ki, müxtəlif tarixi qaynaqları əhatə edən nadir sənət əsərləri bir çox sahələrin öyrənilməsində yeni mənbə rolunu oynayır.

Ardını oxu...

Bu gün ölkəmizdə ulu öndərimiz Heydər Əliyevin adını daşıyan ünvanlar hər bir azərbaycanlı üçün ən müqəddəs yerlərdir. Bütün mənalı həyatı və fəaliyyəti boyu canından artıq sevdiyi Azərbaycanın çiçəklənməsi, güclü dövlətə çevrilməsi üçün çalışan və ideyalarını gerçəkləşdirən görkəmli dövlət xadiminin parlaq obrazı hər birimiz üçün daimi və əbədidir. Doğulub boya-başa çatdığı, ölkəmiz üçün taleyüklü qərarlar qəbul etdiyi Naxçıvanda da dahi şəxsiyyətin xatirəsinin əbədiləşdirildiyi ünvanlar az deyil. Onlardan biri də Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdir. 

Ardını oxu...


11 dekabr 2019-cu il tarixdə Naxçıvan şəhər məktəblilərinin Heydər Əliyev Muzeyinə ekskursiyası təşkil olunmuşdur.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən ekskursiyada 30 şagird iştirak etmişdir. Heydər Əliyev Muzeyinin bələdçisi Gülnar Quluzadə şagirdlərə Azərbaycan Respublikasının müstəqillik mübarizəsində misilsiz rolu olan ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında geniş məlumat vermiş və onları muzeydə olan eksponatlarla yaxından tanış etmişdir. Sonda şagirdləri maraqlandıran suallar muzeyin bələdçisi tərəfindən cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində iqtisadi sahədə startap layihələrinin təqdimatı və dəyərləndirilməsi ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan komitə sədri, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası ilə əlaqədar Dövlət Gömrük Komitəsi ilə Naxçıvan Dövlət Universiteti arasında birgə tədbirlər planı təsdiqlənib və qarşılıqlı faydalı əməkdaşlıq təmin edilib. Komitədə İnnovasiya mərkəzi və ekspert şurası yaradılıb. Naxçıvan Dövlət Universitetinin Dünya iqtisadiyyatı ixtisası üzrə təhsil alan tələbələri ilə müxtəlif seminar və görüşlər keçirilib. Görülən işlərin nəticəsidir ki, artıq tələbələr yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən layihələri – startapları təqdim etməyə başlayıblar.

Ardını oxu...

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR