29 Yanvar 2020, Çərşənbə

Hər dəfə gənclərin uğurlarından söhbət düşəndə, haqlı olaraq, onların təhsil pillələrində atdığı ilk addımlarda böyük pay sahibi olan müəllimləri, bu dəyərli insanların əməyini ehtiramla yada salırıq. Həyatda harada yaşamağından, hansı vəzifə tutmağından asılı olmayaraq, hər bir kəs üçün məktəb illəri, burada qazandığı dostlar və şübhəsiz, onları ərsəyə gətirən müəllimlər həmişə dəyərli olub, şirin bir xatirə kimi ürəklərdə yaşayır. Bu mənada, təkcə muxtar respublikamızın deyil, ölkəmizin qabaqcıl təhsil ocağı olan Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəb də qabaqcıl təhsil ənənələri ilə gələcəyimiz olan gənc nəslin bilik və bacarıqlar əldə etməsi, Vətənə məhəbbət və dövlətçiliyimizə sədaqət ruhunda tərbiyə olunması yolunda böyük uğurlar qazanıb. Çəkilən zəhmətə dövlətimiz tərəfindən verilən yüksək qiymət isə bu təhsil ocağının kollektivini daha böyük uğurlara aparan amil kimi hər kəsi sevindirir.
Aynur Abbasova haqqında danışdığımız məktəbin təcrübəli müəllimlərindəndir. O, işlədiyi təhsil ocağının tədris ənənələrini uğurla davam etdirir, dərs dediyi şagirdlərin təlim-tərbiyəsinə ciddi fikir verir. Ümumilikdə, 22 ilə yaxın olan pedaqoji fəaliyyəti dövründə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edərək o, həmişə şagirdlərə doğma dilimizi və ədəbiyyatımızı sevdirməyə çalışıb. Bütün elmləri öyrənməyin yolunun məhz ana dilini mükəmməl bilməkdən keçdiyini, bunun üçün onun hər cür incəliklərini öyrənməyi, çoxlu mütaliə edib, söz ehtiyatını zənginləşdirməyi əsas tələblər kimi şagirdlərə aşılayır. Nəticələr isə ürəkaçandır. Məktəbdən hər il məzun olan gənc­lərin, demək olar ki, hamısının ölkəmizin və muxtar respublikamızın yüksəkreytinqli ali məktəblərinə daxil olması, onların daha sonrakı həyat və fəaliyyətlərində qazandıqları uğurlar kollektivi ürəkdən sevindirir. Bütün bunlar isə, şübhəsiz, ölkəmizin gələcəyi olan gənc nəslin hərtərəfli inkişafına göstərilən dövlət qayğısı olmadan mümkün deyildir.

Ardını oxu...

Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 26-da doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanı keçirəcək.

Ardını oxu...

2020-ci ildə DİM tərəfindən keçirilməsi nəzərdə tutulan rezidenturaya qəbul, buraxılış və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının tarixləri müəyyən olunub

DİM-dən verilən məlumata görə, bir müddət öncə 2020-ci ilin ilk 3 ayı ərzində DİM tərəfindən keçirilməsi nəzərdə tutulan magistratura və doktoranturaya qəbul imtahanları, sınaq imtahanları, 9-cu sinif buraxılış imtahanlarının 1-ci mərhələsi və dövlət qulluğuna qəbul imtahanlarının tarixləri elan olunmuşdu. Artıq 2020-ci ildə keçiriləcək digər imtahanların tarixləri də müəyyən olunub.

Ardını oxu...

 

Bir müddət öncə 2020-ci ilin ilk 3 ayı ərzində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi nəzərdə tutulan magistratura və doktoranturaya qəbul imtahanları, sınaq imtahanları, 9-cu sinif buraxılış imtahanlarının 1-ci mərhələsi və dövlət qulluğuna qəbul imtahanlarının tarixləri elan edilib. Artıq 2020-ci ildə keçiriləcək digər imtahanların tarixləri də müəyyən olunub.

Mərkəzdən bildirilib ki, rezidenturaya qəbulun birinci mərhələsi aprelin 19-da, ikinci mərhələsi isə iyulun 17-də keçiriləcək.

Ardını oxu...

 

Eyni kateqoriyaya aid bir və bir neçə namizəd sağlamlıq vəziyyətindən asılı olaraq imtahan mərtəbəsində və ya imtahan binasının birinci mərtəbəsində ayrıca zalda əyləşdirilə bilər. Namizədin sağlamlıq vəziyyəti imtahan zalında iştirak üçün qənaətbəxş olmadıqda, psixi və emosional pozğunluqdan əziyyət çəkdikdə ona imtahan binasında deyil, öz ünvanında və ya xəstəxanada imtahan verməsinə icazə verilə bilər.

Ardını oxu...

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR