21 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

     AMEA Naxçıvan Bölməsində 2012-ci ildə bölmənin elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat yığıncağı keçirilib. Əvvəlcə AMEA Naxçıvan Bölməsinin foyesində son bir il ərzində bölmə institutlarının əldə etdikləri nailiyyətləri əks etdirən sərgiyə baxış olub. Sərgidə AMEA Naxçıvan Bölməsi əməkdaşlarının cari ildə ölkəmizdə və xarici ölkələrdə çap olunmuş monoqrafiya, kitab və elmi məqalələri nümayiş etdirilib.
     Hesabat yığıncağını giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev AMEA Naxçıvan Bölməsinin 2012-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətini əks etdirən geniş hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, başa vurmaqda olduğumuz 2012-ci il ərzində bölmə institutlarında, ümumilikdə, 91 mərhələdə elmi-tədqiqat işi aparılıb. 2012-ci ildə bölmə əməkdaşlarının 13 monoqrafiya, 10 kitab, 4 metodik vəsait, 613 məqalə, 16 tezis və 13 buklet olmaqla, 669 elmi əsəri nəşr edilib. Bu əsərlərdən 341-i beynəlxalq indeksli jurnallarda işıq üzü görüb. Bölmədə humanitar və ictimai, təbiət və texniki elmlər seriyalarından ibarət olan “Xəbərlər” jurnalının 4 nömrəsi çapdan çıxıb ki, bu nömrələrdə də bölmə əməkdaşlarının 131 məqaləsi yer alıb. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu layihələri müsabiqəsində qalib gəlmiş iki mövzu üzrə qrant layihəsi çərçivəsində elmi-tədqiqat işləri başa çatdırılıb.

     Qeyd olunub ki, bölmə əməkdaşlarından 2 nəfəri AMEA-nın həqiqi üzvü, 6 nəfəri elmlər doktoru, 53 nəfəri fəlsəfə doktoru, 29 nəfəri doktorant və dissertantdır. 2012-ci ildə əməkdaşlardan 3 nəfər fəlsəfə doktoru, 1 nəfər isə elmlər doktoru dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib. Bu il bölmədə fəaliyyət göstərən Dissertasiya Şurasında 17 nəfərin elmi işinin müdafiəsi keçirilib. 

     Akademik İsmayıl Hacıyev il ərzində AMEA Naxçıvan Bölməsində “Heydər Əliyev lektoriyası”nın fəaliyyəti və keçirilən tədbirlərdən də danışıb. Vurğulanıb ki, 2012-ci ildə “Heydər Əliyev lektoriyası”nın 5 məşğələsi keçirilib. Hesabat dövründə bölmədə 1 beynəlxalq simpozium, 15 konfrans, 11 iclas və 35 seminar təşkil edilib. Bölmə əməkdaşları cari ildə Tokio, Vyana, Budapeşt, Milan, Moskva, Novosibirsk, Kislovodsk, Aşqabad, Sofiya, Sankt-Peterburq, Barnaul, İstanbul, Ankara, Konya, Maku, Ordu, Qars, Ağrı, Ərzurum və digər şəhərlərdə 30 beynəlxalq qurultay, simpozium və konfranslarda məruzələrlə çıxış ediblər.
Bildirilib ki, əvvəlki illərdə olduğu kimi, 2012-ci il ərzində də bu elm məbədi dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Bu il AMEA Naxçıvan Bölməsinə 9 ədəd kom­pyuter dəsti verilib. Hesabat dövründə ayrı-ayrı struktur bölmələr üçün ləvazimat və avadanlıqlar alınıb, kitabxana fondu zənginləşdirilib.
Hesabat yığıncağında AMEA Naxçıvan Bölməsinin birillik fəaliyyətini əhatəli şəkildə əks etdirən slayd da nümayiş etdirilib.
     Bölmə əməkdaşlarından iki nəfər – AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun əməkdaşı, biologiya elmləri doktoru Varis Quliyev, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımov “İlin alimi” fəxri diplomları ilə təltif olunublar.
   Yığıncaqda çıxış edən AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyəti üzvlərindən – AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev hesabat məruzəsi ilə bağlı fikirlərini bildiriblər.


 Elnur KƏLBİZADƏ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3296315
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
137
4291
8083
80961
3296315

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter