17 Noyabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

  Türkiyə Respublikasının Ərzurum Atatürk Universitetinin rektoru, professor-doktor Hikmət Koçakın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olmuşdur.
  Naxçıvan Dövlət Universitetində keçirilən görüşdə ali təhsil ocağının rektoru, akademik İsa Həbibbəyli Azərbaycan və Türkiyə arasındakı dostluq və birliyin qədim tarixi köklərindən, həmçinin bugünkü inkişafından danışmışdır. Rektor ölkəmizdə, o cümlədən muxtar respublikada elmin, təhsilin inkişafına göstərilən diqqət və qayğıdan, bu sahədə qazanılan müvəffəqiyyətlərdən bəhs etmiş, Naxçıvan Dövlət Universitetinin inkişaf yolu, strukturu, beynəlxalq əlaqələri haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, dünyanın 80-ə yaxın tanınmış universiteti ilə tərəfdaşlıq edən bu ali məktəb Türkiyə universitetləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir. Türkiyənin 40-a yaxın ali təhsil ocağı ilə, o cümlədən Ankara, Ərdahan, Van Yüzüncü İl, Kocaeli, Qars Qafqaz, Elazığ, Ərzincan universitetləri ilə elmi əməkdaşlıq bu gün də uğurla davam etdirilir. Ali təhsil ocağında dünyanın 10 ölkəsindən 314 xarici vətəndaş təhsil alır ki, onların 256 nəfəri Türkiyə vətəndaşıdır.
  Rektor xatırlatmışdır ki, Naxçıvan Dövlət Universitetinin Türkiyə universitetləri ilə əlaqələrinin təməli 20 il öncə Ərzurum Atatürk Universiteti ilə əməkdaşlıq vasitəsilə qoyulmuşdur. 1992-ci ildə Naxçıvan Dövlət Universitetinin Ərzurum Atatürk Universiteti ilə qurduğu əməkdaşlıq əlaqələrinin bu gün yeni inkişaf mərhələsinə qədəm qoymasında rektor, professor-doktor Hikmət Koçakın əməyi var. Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının 28 noyabr 2012-ci il tarixli qərarı ilə universitetlərarası elmi-mədəni əlaqələrin inkişafı sahəsindəki xidmətlərinə görə Ərzurum Atatürk Universitetinin rektoru, professor-doktor Hikmət Koçak Naxçıvan Dövlət Universitetinin fəxri doktoru seçilmişdir.

  Tədbirdə Ərzurum Atatürk Universitetinin rektoru, professor-doktor Hikmət Koçaka universitetin fəxri doktoru diplomu və geyimi təqdim olunmuşdur. 
  Ərzurum Atatürk Universitetinin rektoru, professor-doktor Hikmət Koçak çıxış edərək “Naxçıvan Dövlət Universitetinin fəxri doktoru” adına layiq görülməkdən böyük qürur və məmnunluq duyduğunu qeyd etmiş, universitetlərin timsalında türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin birlik, dostluq və sədaqət ideyalarını əzmlə davam etdirəcəklərini bildirmişdir. Rektor bundan sonra da Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlığın türkdilli dövlətlərin universitetlərinə örnək ola biləcək səviyyədə inkişaf etdiriləcəyini vurğulamışdır.
   Çıxışlarda universitetlər arasında elm və tədris sahəsində, o cümlədən tibb, baytarlıq, incəsənət, memarlıq, turizm sahələrində əməkdaşlığın inkişafının zəruriliyindən bəhs olunmuşdur. Sonra iki universitet arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. 1992-ci və 2011-ci illərdə imzalanan və 2012-ci ildə yenilənən əməkdaşlıq müqaviləsində beynəlxalq simpoziumların keçirilməsi, Baloniya prosesinə uyğun tələbə mübadiləsinin həyata keçirilməsi, tələbələrin qış, yay məktəblərində iştirakının təmin olunması, “İpək Yolu üzərində yerləşən Ərzurum və Naxçıvan” mövzusunda elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, universitetlərin elmi nəşrlərinin mübadiləsi, müştərək mədəni tədbirlərin, idman yarışlarının təşkili nəzərdə tutulur.
   Naxçıvan ziyalıları adından AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, universitetin Azərbaycan tarixi kafedrasının müdiri, Azərbaycan Respublikasının əməkdar müəllimi, tarix elmləri doktoru Zəhmət Şahverdiyev çıxış edərək Ərzurum Atatürk Universitetinin rektoru, professor-doktor Hikmət Koçakı təbrik etmiş, onun “Naxçıvan Dövlət Universitetinin fəxri doktoru” adına layiq görülməsini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iki dost və qardaş ölkənin yaxın vilayətləri arasındakı çoxcəhətli əlaqələrin, eləcə də elm, təhsil sahəsində əməkdaşlığın inkişafındakı xidmətlərinin bəhrəsi kimi qiymətləndirmişlər.
  Sonra qonaqlara konsert proqramı təqdim olunmuşdur. İncəsənət fakültəsinin tanınmış incəsənət ustalarının və tələbələrinin iştirakı ilə hazırlanmış zəngin repertuara malik konsert proqramı alqışlarla qarşılanmışdır.

 

Mehriban SULTAN

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3282981
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1466
3444
20750
67627
3282981

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter