19 Sentyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Müəllimlər İnstitutu bu vəzifənin öhdəsindən layiqincə gəlir

Muxtar respublikamızda təhsilin bütün pillələri hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Son illər qədim diyarımızın ayrılmaz tərkib hissəsinə çevrilən tikinti-quruculuq tədbirlərinin bu sahəni də əhatə etməsi, təhsildə mütərəqqi metodların tətbiq olunması, tədris ocaqlarının müasir texnoloji avadanlıqlarla təchizatı istər orta, istərsə də ali təhsil ocaqlarında böyük uğurların qazanılmasına imkan verib. Muxtar respublikanın paytaxt şəhəri Naxçıvanda 18 il bundan əvvəl fəaliyyətə başlayan Naxçıvan Müəllimlər İnstitutunun da əldə olunan nailiyyətlərdə payı var. Qeyd edək ki, bu institutun digər ali təhsil ocaqlarından fərqi bu tədris ocağının pedaqoji kadr hazırlığı ilə məşğul olmasıdır. Ali təhsil ocağı fəaliyyət göstərdiyi dövrdə təkcə muxtar respublikamız üçün deyil,  həm də ölkəmizin digər bölgələrinin müəllim kadrlarına olan ehtiyaclarının ödənilməsinə öz töhfəsini verib.

May ayının 16-sı təhsil tariximizdə yaddaqalan bir hadisəyə çevrildi. Ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə institutun yenidən qurulmuş binası istifadəyə verildi. Məlumat üçün bildirək ki, altı mərtəbədən ibarət olan bu ali təhsil ocağında, ümumilikdə, 43 auditoriya, o cümlədən 4 kompüter otağı, 16 elektron lövhəli auditoriya, kitabxana, eləcə də elektron oxu zalları, rəngkarlıq və heykəltəraşlıq emalatxanaları və bir sıra fənn kabinələri üçün tədris fondları müəllim və şagirdlərin ixtiyarına verilib. Təsviri incəsənət, coğrafiya, musiqi, mülki müdafiə, tibb, Azərbaycan dili, ali riyaziyyat və informatika, həyat bilgisi, anatomiya və digər fənn kabinələri tələbələrin biliklərinin artırılması üçün bütün zəruri inventarla təchiz edilib. Fənn kabinələrinin sayı 15-dir. Binada Azərbaycan ali təhsil sistemində ilk dəfə olaraq professor-müəllim heyəti üçün 3 fərdi məsləhət otağı və psixoloji xidmət laboratoriyası yaradılıb. Müəllim və tələbələr ayrıca bufetlərdən istifadə etmək imkanı qazanıblar. Tələbələrin ixtiyarına verilən idman zalında müasir qurğular quraşdırılıb. Binada 132 və 20 yerlik iclas zalları da var. Bu zallarda təhsil müəssisəsinin həyatında baş verən əlamətdar hadisələrlə bağlı müxtəlif tədbirlər keçirmək mümkündür. Yeni tədris korpusunda tələbə və müəllimlərin istifadəsinə, ümumilikdə, 146 dəst fərdi kompüter, 16 dəst noutbuk və proyektorlar verilib.

İnstitutun professor-müəllim və tələbə heyəti hələ də yeni binanın sevincini yaşamaqdadır. Bu günlərdə həmin təhsil ocağına üz tutduq. Burada çalışan müəllimlər və təhsil alan tələbələrlə görüşdük. İnstitutun tarixinə qısa nəzər saldıq.
Ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Oruc Həsənli bildirdi ki, Azərbaycanda ali təhsilin inkişafına ciddi önəm verilir. Dövlət başçısı cənab İlham Əliyev ali təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə əhəmiyyətli tədbirlər həyata keçirir. Ölkədə mövcud olan ali məktəblərin sırası genişləndirilir. Bu sırada mühüm yer tutan Naxçıvan Müəllimlər İnstitutu fəaliyyəti dövründə ali təhsilli pedaqoji kadrların hazırlanması sahəsində bir sıra nailiyyətlər əldə edib. Ötən dövrdə institut ixtisaslı müəllim kadrları ilə təmin olunub, lazımi tədris şəraiti yaradılıb, maddi-texniki baza gücləndirilib, yeni ixtisaslar açılıb. Bütün bunlar isə muxtar respublikada da ali təhsilin yeni inkişaf mərhələsinin göstəriciləridir.
İnstitutun rektoru ali təhsil ocağının keçdiyi yol barədə ətraflı məlumat verdi. Öyrəndik ki, muxtar respublikanın təhsil xəritəsində özünəməxsus yeri olan Naxçıvan Müəllimlər İnstitutu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2000-ci il 13 iyul tarixli Fərmanı ilə Naxçıvan Politexnik Texnikumunun bazasında Azərbaycan Müəllimlər İnstitutunun filialı kimi fəaliyyətə başlayıb. 17 müəllimin saathesabı dərs demək yolu ilə işləməyə cəlb olunduğu filialda birinci il ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə 21 tələbə təhsil alıb.
3 il sonra, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 26 avqust tarixli qərarı ilə filial müstəqil instituta çevrilib. Qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsini təmin etmək, ixtisaslı müəllim kadrlarına olan ehtiyacı ödəmək məqsədilə institutda şərait yaradılıb, bu şəraitdən səmərəli istifadə təmin olunub. Hazırda instituta bakalavr səviyyəsi üzrə ibtidai sinif, riyaziyyat və informatika, təsviri incəsənət müəllimliyi, məktəbəqədər təlim və tərbiyə, təhsildə sosial-psixoloji xidmət, kitabxanaçılıq və informasiya, magistr səviyyəsi üzrə ibtidai sinif və riyaziyyat müəllimliyi, pedaqogika nəzəriyyəsi və tarixi olmaqla, 10 ixtisas üzrə kadr hazırlığı aparılır.
Rektorun sözlərinə görə, bu gün institutda mütərəqqi təhsil metodları və informasiya texnologiyaları geniş tətbiq olunur, təhsil Bolonya sistemi üzrə aparılır.
Pedaqoji, Təbiət və incəsənət olmaqla, 2 fakültə və onların nəzdində 6 kafedranın fəaliyyət göstərdiyi institutda 91 nəfərlik professor-müəllim heyəti çalışır. Onlardan bir nəfəri AMEA-nın müxbir üzvü, 9-u elmlər doktoru, 38-i fəlsəfə doktoru, 44-ü isə baş müəllim və müəllimdir. Göründüyü kimi, professor-müəllim heyətinin, bütövlükdə, 51,6 faizi elmi dərəcəli əməkdaşlardır. Ayrılıqda əməkdaşların 10 faizi elmlər doktoru, 41,6 faizi fəlsəfə doktorudur ki, bu da Azərbaycan ali məktəbləri arasında yüksək göstəricilərdən sayılır.
İnstitutda 32 min 240 kitab fonduna malik kitabxana fəaliyyət ­göstərir.
Ali təhsil ocağının “Xəbərlər” elmi-metodik jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısına salınıb. Hazırda “Xəbərlər” jurnalı İSSN qrifi ilə nəşr olunur. Bu günədək jurnalın 52 nömrəsi işıq üzü görüb.
Naxçıvan Müəllimlər İnstitutu bir sıra dünya universitetləri ilə elmi əməkdaşlıq edir: ABŞ Riyaziyyatçılar Birliyi, Ukrayna Milli Elmlər Akademiyası Riyaziyyat İnstitutu, Xarkov Universiteti, Rumıniyanın Konstanta Universiteti, Türkiyə Respublikasının Kocaeli, Qars Qafqaz, Kırşehir Ahı Evran, İstanbul Esenyurd və Nişantaşı universitetləri, İngiltərənin London Riyaziyyatçılar Birliyi, Kuzey Kıbrıs Akdeniz Universiteti, Qazaxıstan Respublikasının Almatı Universiteti, Moskva Psixologiya və Pedaqogika Elm Mərkəzi ilə yaradılmış əlaqələr mühüm əhəmiyyət daşıyır. Qarşılıqlı fikir mübadilələri, yeni tədris üsullarının birgə öyrənilməsi, tətbiqi və digər məsələlər ali təhsil müəssisələrinin fəaliyyətinə müsbət təsir göstərir.
Oruc Həsənli bildirdi ki, xarici ölkələrlə elm və təhsil sahəsində əməkdaşlıq məqsədilə Naxçıvan Müəllimlər İnstitutu tərəfindən Türkiyə Respublikasının bir sıra ali təhsil müəssisələri ilə müqavilə və niyyət, həmçinin Mövlana proqramı üzrə protokollar imzalanıb.
Hər il institutda ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş “Müasir təlim metodları və yeni pedaqoji texnologiyaların təlim-tərbiyə prosesində tətbiqi” mövzusunda elmi-praktik və 2010-cu ildən “Təhsil kurikulumları: praktik tətbiqlər” mövzusunda respublika səviyyəli və “Azərbaycanda təhsil quruculuğunun prioritetləri: müasir yanaşmalar” mövzusunda beynəlxalq konfranslar keçirilir.
Öyrəndik ki, bu günədək professor-müəllim heyətinin 96 mono­qrafiyası, 17 dərsliyi, 84 dərs vəsaiti, 301 proqram və metodik vəsaitləri dərc olunub. Dərc olunan 2080 məqalənin 1918-i respublika jurnallarında, 162-si xaricdə, 1065 tezisin 913-ü respublikada, 152-si xaricdə çap edilib.
Naxçıvan Müəllimlər İnstitutu Naxçıvan Dövlət Universiteti, AMEA Naxçıvan Bölməsi, AMEA Riyaziyyat və Mexanika İnstitutu, Azərbaycan Təhsil İnstitutu ilə sıx elmi əlaqələr saxlayır, birlikdə elmi-praktik konfranslar keçirir, görkəmli alimlərlə tələbələrin görüşlərini təşkil edir, onların elmi potensiallarından tədris prosesində geniş istifadə olunur. Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşlarından müqavilə əsasında Naxçıvan Dövlət Universiteti, AMEA Naxçıvan Bölməsi, AMEA Riyaziyyat və Mexanika İnstitutunda doktorant və dissertant kimi elmi fəaliyyətlərini davam etdirənlər də çoxdur.
Fəaliyyətə başladığı vaxtdan bu günə qədər bu ali təhsil ocağını 2500-ə qədər bakalavr, 86 magistr bitirib. Onların işlə təminatı da diqqətdə saxlanılıb.
İnstitut əlavə təhsil və yenidənhazırlanma sahəsində də fəaliyyətini günü-gündən gücləndirir. Muxtar respublikanın ümumtəhsil məktəblərində konfransların təşkili, müəllimlərin təhsildə olan dəyişikliklərlə tanış edilməsi, onların lazımi materiallarla təmin olunması, təkmilləşdirmə kursuna cəlb edilməsi, institutda fənn kurikulumları ilə bağlı konfransların keçirilməsi, metodik materialların müəllimlərə çatdırılması məqsədilə görülən işlər diqqət mərkəzində saxlanılır. Məlumat üçün bildirək ki, son beş ildə 300-ə yaxın ümumtəhsil məktəbinin müəllimlərinə sertifikat verilib, ümumilikdə, məktəblərə 5000 səhifəlik metodik vəsait paylanılıb.
Hər il ali təhsil müəssisələrində informasiya və kommunikasiya texnologiyalarından səmərəli istifadə edilməsi sahəsində Avropa standartlarına uyğun İKT-nin ACDL sillabusu əsasında institut müəllimlərinə, tələbələrə və ümumtəhsil məktəb müəllimlərinə təlimlərin keçirilməsi və beynəlxalq sertifikatların verilməsi nəzərdə tutulur. 2016-cı ildə institut müəllimləri, tələbələri və Naxçıvan Muxtar Respublikası orta məktəb müəllimləri üçün “Elektron lövhə” və informasiya-kommunikasiya texnologiyaları üzrə kurslar təşkil edilib və test imtahanlarından müvəffəq qiymət alanlara sertifikatlar verilib.
Son olaraq onu deyək ki, yeni bina kollektivin məsuliyyət hissini daha da artırıb. Qarşıya qoyulan vəzifələr, yaradılan şərait şərəfli bir işi yerinə yetirən müəllimlərə əlavə stimul verib. Bu da ixtisaslı kadr hazırlığında başlıca amillərdən biridir.

 Muxtar MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3035556
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2366
5369
12788
86887
3035556

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter