25 Sentyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Milli Qurtuluş Günü münasibətilə Heydər Əliyev Muzeyi ilə muxtar respublikanın 210 ümumtəhsil məktəbi və Heydər Əliyev adına Hərbi Lisey arasında interaktiv dərs təşkil olunub. Naxçıvan Muxtar Respublikası Təhsil, Rabitə və Yeni Texnologiyalar nazirliklərinin təşkilatçılığı ilə “Ümummilli ­lider Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda keçilən açıq dərsdə muzeyin direktoru Ramil Orucəliyev əvvəlcə muzey barədə şagirdlərə ətraflı məlumat verib.
Bildirilib ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncamla yaradılıb. Muzey həmin ilin may ­ayının 10-dan fəaliyyət göstərir.
Qeyd olunub ki, Heydər Əliyev Muzeyi müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı olan ulu öndərimizin ictimai-siyasi fəaliyyətinə dair materialların toplanmasını, komplektləşdirilməsini, mühafizəsini, tədqiq və təbliğini həyata keçirən elmi-tədqiqat müəssisəsidir.
“Muzey fondunda ulu öndərin həyat və fəaliyyətini özündə əks etdirən 4 min 711 ədəd eksponat toplanıb”, – deyən Ramil Orucəliyev ümummilli liderimiz Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti, keçdiyi şərəfli həyat yolu ilə bağlı muzeydə qorunan nadir tarixi sənədlər, elmi nəşrlər və xatirə əşyaları haqqında məlumat verib.

Muzeyin direktoru qeyd edib ki, xalqımız tarixin ən sərt, çətin sınaqlarından keçərək milli dövlətçilik ənənələri əxz edib, bu ənənələri məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi altında vahid sistem halına salaraq özünütəsdiq imkanı qazanıb. 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan 1993-cü ilin iyun ayına qədərki müddətdə böhranlar, xaos və çaxnaşmalarla qarşılaşıb. AXC-Müsavat iqtidarının hakimiyyəti dövründə idarəetmədə buraxılan kobud səhvlər, yaranmış ağır sosial-iqtisadi gərginlik və hakimiyyət davası ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoymuşdu. Cəbhədəki məğlubiyyətlər, torpaqların itirilməsi yeni-yeni faciələrlə nəticələnməsinə səbəb olmuşdu. Gəncədə 1993-cü ilin iyun ayında baş verən hadisələr vəziyyəti daha da ağırlaşdırmışdı. Məhz belə bir vaxtda, xalqın çətin günündə onu bu bəlalardan xilas edə biləcək tarixi bir şəxsiyyətin, müdrik siyasi xadimin hakimiyyətə gəlişi labüd idi. Belə bir vəziyyətdə Azərbaycan xalqı haqlı olaraq nicat yolunu ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasında görürdü. Xalqının çağırışına biganə qala bilməyən ulu öndərin yenidən rəhbərliyə gəlməsi insanların qəlbində sönmüş müstəqillik arzularını alovlandırdı.

Vurğulanıb ki, görkəmli dövlət xadimi Heydər Əliyevin xalqın istək və tələbi ilə 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya qayıdışı və 6 gün sonra – iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilməsi xalqımızın ulu öndərin xilaskarlıq missiyasına olan ümid və inamının göstəricisi idi.
Ramil Orucəliyev şagirdlərin nəzərinə çatdırıb ki, ötən dövr ərzində ölkəmizin nail olduğu hərtərəfli inkişafı muxtar respublikamızın simasında daha aydın görmək mümkündür. Milli Qurtuluş tarixindən bu günə kimi böyük və şərəfli yol keçən qədim diyarımızda cəmiyyət həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı islahatların, dövlət proqramlarının həyata keçirilməsinin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası bu gün sürətlə inkişaf edən müasir bir diyara çevrilib. İndi hər kəs Milli Qurtuluşun bəhrələrini görür, ulu öndər Heydər Əliyevin bu gün də uğurla davam etdirilən dövlətçilik siyasətini, quruculuq missiyasını müdafiə edir, ümummilli liderin yoluna sədaqət göstərirlər. Çünki bugünkü firavan həyatımızın təməli məhz görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulub.

 Gülcamal TAHİROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3061973
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
579
4327
4906
113304
3061973

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter