19 Sentyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçib. Milli ordunun keçdiyi tarixi yol bugünkü və gələcək nəsillər üçün böyük örnəkdir.
Ölkəmizdə milli hərbi kadr hazır­lığı işi də ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1971-ci ildə keçmiş SSRİ-də hərbi təmayüllü iki internat məktəbi vardı: Naximov və Suvorov adına hərbi təmayüllü məktəblər. Lakin tədrisin rus dilində olması və Azərbaycandan uzaqda yerləşmələri həmin məktəblərdə azərbaycanlıların təhsil almasını çətinləşdirirdi. Ümummilli lider Heydər Əliyevin 1971-ci ildə böyük səyləri nəticəsində Azərbaycanda hərbi kadrlar hazırlayan məktəb yaradıldı. Həmin dövrdə Azərbaycan ildə, təxminən, 60 min gənci ordu sıralarına göndərirdi. Sovet rejiminin ən güclü vaxtlarında respublikamızda milli hərbi kadr hazır­lığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına ovaxtkı mərkəz heç bir vəchlə yol vermək istəmirdi. Təsadüfi deyil ki, həmin dövrdə Moskvadan Bakıya təşrif buyuran emissarlar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışırdılar. Amma ulu öndərimiz mahir diplomatiyası ilə bu cəhdlərin qarşısını aldı.

Azərbaycan Maarif Nazirliyi və respublika Hərbi Komissarlığı Azərbaycan KP MK Bürosunun 1971-ci il 29 aprel tarixli qərarını əsas götürərək, hərbi təmayüllü internat məktəbinin açılması üçün 1971-ci il iyunun 16-da müraciət hazırladı. Bu müraciət dərhal müzakirə olundu və 20 iyul 1971-ci ildə “İxtisaslaşdırılmış internat məktəbinin yaradılması haqqında” Azərbaycan KP MK Bürosu qərar qəbul etdi. Hərbi məktəb 1971-ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradıldı. Həmin ilin noyabr ayında məktəbin açılışı oldu. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev bu təntənəli mərasimdə iştirak etdi və bildirdi ki, yeni məktəbə diviziya komandiri general Cəmşid Naxçıvanskinin adı verildi. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli Sərəncamı ilə həmin məktəbin adı dəyişdirilərək Cəmşid Naxçıvanski adına Hərbi Lisey adlandırıldı.
Görkəmli dövlət xadiminin təşəbbüsü ilə yaradılan məktəb Azərbaycan müstəqil olandan sonra onun ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Həmin məktəbin müdavimləri bu gün müstəqil respublikamızın Silahlı Qüvvələrinin komandirləri və generallarıdır. Sonralar görkəmli dövlət xadimi bu haqda belə deyirdi: “Bu məktəbi yaradanda heç vaxt ağlıma gətirə bilməzdim ki, 30 ildən sonra mən yenə də bu məktəblə bir yerdə onun yubileyini keçirəcəyəm. Ancaq bu şərəf mənə qismət olub və mən özümü xoşbəxt hesab edirəm”.
Sözügedən məktəb Azərbaycanda hərb sənətinə marağın güclənməsi, zabit kadrların hazırlanması istiqamətində fəaliyyət göstərməyə başladı. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 1998-ci ilin martında liseyin Naxçıvan filialı açıldı. Dövlət başçısının 2004-cü il 10 mart tarixli Fərmanı ilə hərbi məktəbə ümummilli liderimiz ­Heydər Əliyevin adı verildi. 56 kursantla fəaliyyətə başlayan hərbi liseydə bu gün 572 kursant təhsil alır. Builki məzunlar da nəzərə alınmaqla ötən 20 ildə hərbi liseyi 3 minə yaxın kursant bitirib. Hazırda onların 1600-dən çoxu Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edir.
Hər tədris ilinin sonunda liseydə məzun günü keçirilir. Bu il iyunun 23-də liseyin 20 illik yubileyi və 2018-ci il buraxılışı münasibətilə keçirilən tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “Bu bir reallıqdır ki, ordunun gücü, onun döyüş qabiliyyəti yalnız güclü maddi-texniki baza və silah təminatı ilə deyil, həm də ­komandan-zabit heyətinin hərbi hazırlığı və vətənpərvərliyi ilə ölçü­lür. Vətənpərvər və peşəkar zabit heyəti olmadan nizami və mütəşəkkil ordu yaratmaq, döyüş tapşı­rıqlarını uğurla yerinə yetirmək mümkün deyil. Hər bir kursant hərbi təhsil sistemini mükəmməl mənimsəməli, bilik və təcrübəsini artırmalı, müasir silahları, hərbi texnikanı bacarıqla idarə etmək vərdişlərinə yiyələnməlidir”.
Keçmişə nəzər salsaq, görərik ki, 1991-ci ildə Azərbaycanın müstəqilliyini elan etməsi bütün dövlət təsisatları kimi, ordu quruculuğu üçün də geniş imkanlar açdı. Amma, təəssüflər olsun ki, o dövrdə Azərbaycana rəhbərlik edən şəxslər bu barədə nə real təsəvvürə, nə də gerçək ordu quruculuğu həyata keçirmək bacarığına malik deyildilər. Ölkədə nə iqtidarda olanlar, nə də hakimiyyətə gəlmək istəyənlər milli ordu yaradılması barədə düşünmürdülər.
Xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdan ümummilli liderimiz Heydər Əliyev isə elə ilk gündən etibarən güclü və intizamlı ordu yaradılmasını prioritet vəzifə sayırdı. Beləliklə, 1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş tədbirlər nəticəsində milli ordu quruculuğuna başlanıldı. Qısa bir müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı.
Müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli dövlət xadimi ­Heydər Əliyevin milli ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Hərbi hissələr müasir döyüş avadanlıqları ilə təchiz olunur, əsgər və zabitlərin sosial problemlərinin həlli istiqamətində tədbirlər həyata keçirilir. Bunu milli ordumuzun muxtar respublika ərazisində yerləşən hissələrində də görmək olar.
Ötən dövrdə hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Naxçıvan şəhərində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara yeni mənzillərin verilməsi, 2014-cü il yanvar ayının 29-da Daxili Qoşunların Naxçıvan Alayında zabit-gizir ailələri üçün xidməti yaşayış binasının istifadəyə verilməsi, Əlahiddə Ümumqoşun Ordusunun hissə və bölmələrinin komandir heyətinin yeni xidməti avtomobillərlə təmin olunması, əvvəlki illərdə aparılan hərbi quruculuq işlərinin davam etdirilməsi və digər tədbirlərin reallaşdırılması, ümumilikdə, orduya və orduda qulluq edən, xidməti borclarını yerinə yetirən zabit və əsgərlərə göstərilən qayğıdır. Onu da vurğulayaq ki, ötən 26 il ərzində muxtar respublikamızda 200-dən artıq hərbi obyekt tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.
Bu gün muxtar respublikamızın ərazisində yerləşən Əlahiddə Ümumqoşun Ordu özünün döyüş qabiliyyətini artırıb. Məhz bunun nəticəsidir ki, Əlahiddə Ümumqoşun Ordusu ötən il döyüş və ictimai-­siyasi hazırlıqda əldə olunmuş nailiyyətlərə görə Azərbaycan Respublikası Silahlı Qüvvələri üzrə birinci yerə layiq görülüb. Bunu da xatırladaq ki, ötən il oktyabrın 18-də muxtar respublikada ilk milli hərbi hissənin yaradılmasının 25-ci il­dönümü münasibətilə keçirilən hərbi parad da ordumuzun gücünü hər kəsə nümayiş etdirib. Həmin tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “...Ölkə rəhbərinin diqqət və qayğısı sayəsində son illərdə ordumuzun döyüş qabiliyyəti daha da artmış, maddi­-texniki bazası möhkəmləndirilmiş, hərbçilərin sosial-məişət şəraiti yaxşılaşdırılmışdır. Hazırda müasir texnikalarla təchiz edilmiş Azərbaycan ordusu yüksək nizam-­intizama və döyüş qabiliyyətinə malikdir. Ali Baş Komandan Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə də xüsusi diqqət yetirir. Ölkə Prezidentinin 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən Naxçıvanda 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusunun yaradılması əsası ümummilli liderimiz ­Heydər Əliyev tərəfindən qoyulmuş Naxçıvanın etibarlı müdafiəsi ilə bağlı görülən tədbirlərin davamıdır”.
Bu gün ölkəmizin və muxtar respublikamızın müdafiəsinin daha da gücləndirilməsində, təhlükəsizliyimizin yüksək səviyyədə qorunmasında yeni bir tarixi dövrə qədəm qoyulub. Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər onu göstərir ki, Əlahiddə Ümumqoşun Ordusu bu gün qədim Naxçıvanın keşiyində inamla dayanır, muxtar respublikamızın müdafiəsində ona həvalə edilmiş missiyanı şərəflə yerinə yetirir. Heydər Əliyev adına Hərbi Liseyin məzunu olmuş hərbçilər də bu gün ordu sıralarında Vətənin müdafiəsində fəal iştirak edirlər.

Bəsirə BUDAQOVA
tarix müəllimi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3034201
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1011
5369
11433
85532
3034201

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter