18 Noyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Avqustun 24-dən etibarən müəllimlərin işə qəbulu üçün elan olunmuş müsabiqənin test imtahanları başlayıb. Qeyd edək ki, muxtar respublikada müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu ilk dəfə olaraq mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq əsasında, elektron proqram təminatı tətbiq olunmaqla test imtahanları vasitəsilə keçirilir.

Məlumat üçün bildirək ki, Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün 17 iyul 2018-ci il tarixdə müsabiqə elan edilmişdir. Müsabiqəyə 165 vakant vəzifə çıxarılıb. Ən çox vakant vəzifələr Şərur rayonu (48 yer), Şahbuz rayonu (29 yer) və Ordubad rayonu (27 yer) üzrədir.
Müsabiqədə iştirak etmək üçün müraciətlər müsabiqə elan edildiyi gündən etibarən 30 gün ərzində komissiyanın internet portalı vasitəsilə elektron formada qəbul edilib. Müsabiqəyə çıxarılmış vakant vəzifələrin tutulması üçün 527 namizəd sənəd təqdim edib. Ən çox müsabiqə vəziyyəti ibtidai sinif müəllimliyi (166 müraciət), ingilis dili (84 müraciət), riyaziyyat (43 müraciət), coğrafiya (42 müraciət) və tarix (41 müraciət) ixtisasları üzrə qeydiyyata alınıb.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 aprel tarixli 61 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”na müvafiq olaraq müəllimlərin işə qəbulu üçün elan olunmuş müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi almış, habelə xarici ölkədə aldığı təhsil sənədi qanunvericiliklə müəyyən edilmiş qaydada tanınmış muxtar respublikada yaşayan Azərbaycan Respublikasının ­vətəndaşları iştirak edə bilərlər.
Müsabiqədə hər bir namizədə, ümumilikdə, 80 olmaqla, ixtisas üzrə 40, tədris metodikası və təlim strategiyalarına aid 25, informasiya və kommunikasiya texnologiyalarına aid 15 test tapşırığı təqdim edilir. Onlara test tapşırıqlarının yerinə yetirilməsi üçün 120 dəqiqə vaxt verilir və hər bir düzgün cavab bir balla qiymətləndirilir. ­Stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 60 faizini (48 bal), digər müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 80 faizini (64 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir. Həmin namizədlərdən ən yüksək bal toplamış şəxs müvafiq vəzifəyə təyin olunacaq.
Qeyd edək ki, test imtahanı bitdikdən dərhal sonra hər bir namizədə cavab kartı və nəticəyə dair arayış təqdim ediləcək. Nəticələr gündəlik olaraq ­komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdiriləcəkdir. Test imtahanları 12 sentyabr 2018-ci il tarixədək davam edəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3287598
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2446
3637
25367
72244
3287598

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter