26 Sentyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Bu gün ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda da təhsil siyasəti uğurla davam etdirilir, gənc nəslin hərtərəfli təhsil alması, peşə sahibi olması və vətənpərvər ruhda böyüməsi üçün ardıcıl tədbirlər görülür. Təhsil müəssisələrinin müasir tələblər səviyyəsində qurulması, onların hərtərəfli informasiya və kommunikasiya texnologiyaları, müasir kompüter dəstləri, elektron lövhələr və digər texnoloji avadanlıqlarla təmin edilməsi bu siyasətin bariz göstəricisidir. Bu da öz bəhrəsini verir, tədrisin keyfiyyəti ildən-ilə daha da yüksəlir. 

Hər il ali məktəbə qəbul olunanların və yüksək bal toplayanların sayının artması bunu bir daha təsdiq edir. Bu il də muxtar respublikada ali məktəblərə qəbul göstəricilərində artım olub, 331 məzun 500-700 arasında bal toplayıb. Avqustun 20-də Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüşdə Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri demişdir: “Bu gün ümummilli ­liderimiz Heydər Əliyevin əsasını qoyduğu təhsil strategiyası ölkəmizin intellektual potensialının yüksəlişinə öz töhfəsini verir. Artıq Azərbaycan dünyada təkcə sabitliyin təmin olunduğu və iqtisadiyyatı inkişaf edən ölkə kimi yox, həm də elm və təhsil ölkəsi kimi tanınır. Naxçıvan Muxtar Respublikasında da təhsil quruculuğu əsas vəzifələr sırasındadır. İstər ümumtəhsil, peşə, istərsə də orta ixtisas və ali təhsil məktəblərində yaradılan şərait hərtərəfli inkişaf edən, formalaşmış gəncliyin yetişməsinə hesablanıb. Yeni texnologiyaların və distant təhsilin tətbiqi, müasir tədris metodlarından istifadə dünya təhsil sisteminə inteqrasiyanı sürətləndirib”.

Bu il ümumtəhsil məktəblərini 2803 məzun bitirib. Yüksək bal toplayan abituriyentlərin 40-ı Culfa ümumtəhsil məktəblərinin məzunlarıdır. Naxçıvan Muxtar Respublikası üzrə qəbul imtahanlarında ən yüksək nəticəni də Akademik Həsən Abdullayev adına Culfa şəhər 1 nömrəli tam orta məktəbin məzunu Millət Hacıyev göstərib.
695 bal toplayan tələbə 2001-ci ildə Culfa şəhərində anadan olub. 2007-ci il sentyabr ayının 15-i Culfa şəhər Akademik Həsən Abdullayev adına 1 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul edilib. 2018-ci ildə həmin məktəbi yüksək qiymətlərlə başa vurub. Məktəb illərindən dəqiq və texniki fənlərə marağının böyük olduğunu deyən Millət riyaziyyat, biologiya, kimya, fizika fənlərini dərindən öyrənib. Məktəbdə oxuduğu illərdə uğurları çox olub.
Millət IX, X, XI siniflərdə təhsil aldığı illərdə Naxçıvan Muxtar Respublikası üzrə biologiya fənnindən keçirilən olimpiadada 3-cü yerə layiq görülüb. IX sinifdə Azərbaycan Respublikası üzrə biologiya fənnindən keçirilən olimpiadada 2-ci yer tutaraq gümüş, XI sinifdə isə 3-cü yer tutaraq bürünc medalla təltif olunub. 2017-ci ilin oktyabrında Bakıda keçirilən Azərbaycan uşaqlarının IV Ümumrespublika Forumunda, həmin ilin dekabrında isə “Xəmsə” milli intellektual oyununun 5-ci Azərbaycan çempionatında iştirak edib. Məktəbdə keçirilən imtahanlarda həmişə 600 baldan yuxarı nəticə göstərib.
Millətin qəbul imtahanlarına hazırlaşmaq istəyən şagirdlərə tövsiyəsi düzgün vaxt bölgüsü aparmaq, səbirli, təmkinli olmaq, dərslərə məsuliyyətlə yanaşmaq və daim çalışmaqdır: “Oxumaq dünyadan qopmaq, hər kəsdən uzaq durmaq, sadəcə, kitaba bağlanmaq deyil. Oxumağı bir əyləncə halına gətirərək daha yaxşı nəticələr əldə etmək olar. Gələcəkdə yalnız uğur qazanmaq istəyirsinizsə, bu gün yaşadığınız hər anın dəyərini bilin və sizə verilən tapşırıqları vaxtında, məsuliyyətlə yerinə yetirin. Ən böyük güc inamdır. Uğur qazanacağınıza, hər şeyin yolunda gedəcəyinə həmişə inanın. Bunun üçün də çox çalışmaq lazımdır. Daim çalışan, öz üzərində işləyən adam heç vaxt həyatda və bu həyatın qarşımıza çıxardığı çətin sınaqlarda uduzmaz. Bütün abituriyentlərə bundan sonra da uğurlar arzulayıram”.
Millət Azərbaycan Tibb Universitetində Müalicə işi ixtisası üzrə təhsilini davam etdirəcək. O, tələbəlik həyatının ilk uğurlu və yadda­qalan hadisəsi kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun yüksək bal toplayan tələbələrlə görüşündəki iştirakını sevinclə qeyd etdi: “Bu görüşdə muxtar respublikada təhsilə verilən dəyərin, qiymətin bir daha şahidi oldum. Cənab Sədrin qarşısında çıxış edəndə isə ayrı bir həyəcan, sevinc və qürur hissi keçirdim. Əlbəttə ki, Vətəninin, xalqının tərəqqisini, gənc­lərin gələcəyini daim düşünən, bu yolda bütün səylərini əsirgəməyən rəhbərlə görüş hər bir gəncin arzusudur. Bu gün mən ən böyük arzuma çatdım. Bir arzum isə bu gün ən müasir maddi­-texniki bazaya və zəngin kitabxanaya malik olan, informasiya texnologiyaları və elektron tədris vəsaitləri ilə təchiz edilmiş məktəbimizdə yüksək biliklərə yiyələnərək tələbə adını qazanmaqla reallaşdı. Bundan sonrakı məqsədim ali məktəbdə də yaxşı oxumaq, Vətənimə, millətimə layiqli vətəndaş və ən əsası da gələcəyin peşəkar həkimi olmaqla xalqıma daim ləyaqətlə xidmət etməkdir”.
Culfa şəhər 1 nömrəli tam orta məktəbin direktoru İlqar Cəfərovla da həmsöhbət olduq. Məktəb kollektivinin yaşadığı qürur və sevinci bizimlə bölüşən direktor bildirdi ki, muxtar respublikada təhsil sahəsinə göstərilən dövlət qayğısı, yaradılan müasir şərait bundan da yaxşı nəticələr qazanmağı tələb edir. Sevindirici haldır ki, orta məktəblərdə keçirilən imtahanlarda, olimpiadalarda, eləcə də qəbul imtahanlarında iştirak edən naxçıvanlı şagirdlər həmişə seçilir. Bu il muxtar respublika üzrə ən yüksək nəticəni məktəbimizin məzunu Millət Hacı­yev göstərib. Bu həm məktəb kollektivinin, həm də valideynlərinin sevincinə səbəb olub.
İlqar müəllim onu da vurğuladı ki, bu il məktəbi 23 məzun bitirib. Onlardan 16-sı qəbul imtahanında iştirak edərək müvəffəqiyyət qazanıb. Qəbul olunan tələbələr Naxçıvandakı ali və orta ixtisas təhsili müəssisələrində oxumağa üstünlük veriblər.
Bütün bunlar belə deməyə əsas verir ki, bu gün muxtar respublikada təhsilə göstərilən diqqət və qayğı nəticəsində hərtərəfli təhsil alan, Azərbaycan vətəndaşı adını şərəflə daşıyan vətənpərvər gənclər yetişəcək, xalqımıza fədakarlıqla xidmət göstərəcəklər.

 Güntac ŞAHMƏMMƏDLİ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3066751
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
783
4574
9684
118082
3066751

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter