Bakı Biznes Universitetinin kordinator olduğu EQAC Erasmus Pulus layihəsinin növbəti təlim yığıncağı İsveçin Stokholm şəhərində təşkil edilib.
Təlimlərin ilk günündə İsveçin KTH Kral Texnologiya Universitetinin vitse-prezidenti Stefan Ostlund Azərbaycan universitetlərindən olan heyəti qəbul edib və universitetin keyfiyyətin təminatı sahəsində gördüyü işlər barəsində məlumat verib. 6 gün davam edəcək təlimlərdə KTH Kral Texnologiya Universiteti partnyor universitetlərə beynəlxalqlaşma və keyfiyyətə təminat siyasəti ilə bağlı təlimlər keçərək tərəfdaş universitetlərlə təcrübələrini bölüşəcəkdir.
Məlumat üçün bildirək ki, “Naxçıvan” Universitetini təlimdə Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli və keyfiyyətə nəzarət bölməsinin mütəxəssisi Könül Babayeva təmsil edirlər.

Nuray ƏSGƏROVA