22 May 2019, Çərşənbə

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov Almaniyanın Berlin şəhərində Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Qafqaz ekoregionunun yeni beşillik plan və proqramlarının müzakirəsi və “Qırmızı kitab”a düşən bəzi növlərin yeni statuslarının dəqiqləşdirilməsi üçün təşkil olunan tədbirdə iştirak edib.
Altı gün davam edən beynəlxalq tədbirlərdə akademik Tariyel Talıbov Qafqaz ekoregionunda apardığı elmi-tədqiqat işləri, xüsusən qlobal təhlükə altında olan bəbirin biologiyasının izlənilməsi, qida obyektləri və digər nadir növlərin statuslarının qiymətləndirilməsinə dair təqdimatla çıxış edib.
Azərbaycanlı alim Qafqaz ekoregionunun təbiətinin qorunması, xüsusilə qlobal təhlükə altında olan bəbir və onun ov növlərinin qorunub saxlanılmasına verdiyi töhfəyə, həmçinin Bioresurslar İnstitutunda vəhşi təbiət üzrə çöl mütəxəssislərinin potensialının artırılması və Naxçıvanda vəhşi təbiətin mütəmadi monitorinqinin təşkilindəki səylərinə görə Ümumdünya Təbiəti Mühafizə Fondunun Asiya Birliyinin Fəxri fərmanına layiq görülüb.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi