14 Noyabr 2019, Cümə axşamı

Naxçıvan Müəllimlər İnstitutunda “Biz kitabxanamıza kitab hədiyyə edirik” devizi altında ali təhsil müəssisəsi əməkdaşlarının institutun kitabxanasına kitabbağışlama kampaniyasına start verilib. Bu kampaniya müasir dövrümüzdə kitab və mütaliənin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir.
Kampaniya çərçivəsində ilk olaraq biologiya üzrə fəlsəfə doktoru, dosent Asif Axundov şəxsi kitabxanasından institutun kitabxanasına 200-dən artıq qiymətli elmi və tədris ədəbiyyatı, o cümlədən öz müəllifliyi ilə institutun profilinə uyğun 5 dərslik, 15-dək dərs və metodik vəsait, habelə digər görkəmli alim-pedaqoqların müəllifliyi ilə 25-dən artıq dərslik və digər elmi, tədris vəsaitləri hədiyyə edib.
Bununla bağlı keçirilən tədbirdə institutun rektoru, dosent Elbrus İsayevin, biologiya üzrə fəlsəfə doktoru, dosent Asif Axundovun, kitabxana müdiri Şəfayət Sadiqovanın, Ümumi fənlər kafedrasının baş müəllimi Lamiyə Quliyevanın və Biologiya müəllimliyi ixtisası üzrə I kurs tələbəsi Aysu Hətəmovanın çıxışları olub.
Asif Axundov institutun rektoru tərəfindən mükafatlandırılıb.
Sonda kitabxanaya təqdim edilən kitablardan hazırlanmış guşəyə baxış olub.

 Gülcamal TAHİROVA

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR