17 İyul 2019, Çərşənbə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamı əsasında Maliyyə Nazirliyinin təşkilatçılığı ilə “İdeyadan başlanğıca” layihəsi çərçivəsində təlimlərə start verilib. Təlimlər yalnız Maliyyə Nazirliyinin hami olduğu maliyyə və mühasibat uçotu ixtisası üzrə deyil, bütün ixtisaslarda təhsil alan tələbələri əhatə edərək onlara öz layihələrini işləyib hazırlamaq, əsaslandırmaq və təqdim etmək sahəsində istiqamətlər verməyə xidmət edir.
Layihə ilə bağlı ilk təlim Naxçıvan Dövlət Texniki Kollecində keçirilib. Təlimdə Maliyyə Nazirliyi ilə yanaşı, digər hami təşkilatların nümayəndələri və 100-dən artıq tələbə iştirak edib. Tədbiri kollecin direktoru Asəf Ruşanov açaraq Ali Məclis Sədrinin sərəncamının əhəmiyyətindən danışıb, keçiriləcək təlimlərin tələbələr üçün faydasından bəhs edib.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Aparat rəhbəri və nazirlik üzrə ekspert qrupunun rəhbəri Tural Şirəlizadə çıxış edərək hamiliklə bağlı görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Ali Məclis Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının gənclərin mütərəqqi ideyalarına dəstək verdiyini vurğulayıb.

Sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru, ekspert qrupunun üzvü Sevinc Cabbarovanın “İdeyadan başlanğıca” mövzusunda təlimi dinlənilib. O, təqdimatında tələbələrə innovativ layihələrin işlənib hazırlanması, əsaslandırılması və təqdim olunması istiqamətində geniş məlumat verib, müxtəlif modellərlə layihələrin təhlil edilməsi, möhkəmləndirilməsi və inkişaf etdirilməsi barəsində danışıb.
Sonda tələbələrin ideyaları ilə bağlı ekspert qrupunun üzvləri ilə birlikdə ümumi fikir mübadiləsi aparılıb. Təklif olunan layihələrlə əlaqədar digər hami təşkilatların nümayəndələri də öz fikir­lərini bölüşüblər. 

Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4259262
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
344
6540
12427
90620
4259262

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter