21 İyul 2019, Bazar

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

“Naxçıvan” Universitetində keçirilən “Nəsimi həftəsi” çərçivəsində ali təhsil müəssisəsində “İmadəddin Nəsimi – 650” mövzusunda elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi ilə əlaqədar Naxçıvanda da Nəsiminin həyat və yaradıcılığı ilə bağlı silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, universitetdə “Nəsimi həftəsi”nin uğurla keçirilməsi ölməz­­ sənətkarın həyat və yaradıcılığının, ideallarının tələbələrə tanıdılması və təbliğ edilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
Sonra universitetin Azərbaycan dili və ədəbiyyat kafedrasının dosentləri Arifə Zeynalovanın “Nəsimi ədəbi dilində məcazlar və onun işlənmə məqamları” və Aypara Behbudovanın “Azərbaycan şeirinin Nəsimi zirvəsi” mövzularında çıxışları dinlənilib.
Daha sonra tələbələr Nəsimi qəzəllərini bədii qiraət ediblər.
Sonda “Nəsimi həftəsi” çərçivəsində keçirilən tədbirlərdə fəal olan və “Nə? Harada? Nə zaman?” intellektual oyununda qalib olmuş tələbələr mükafatlandırılıblar.
Qeyd edək ki, “Nəsimi həftəsi” çərçivəsində universitetdə “Nəsimi” tarixi filminin nümayişi, “Nə? Harada? Nə zaman?” intellektual oyunu, Xalq şairi Qabilin “Nəsimi” poemasının müzakirəsi, tələbələrin Culfa rayonundakı Xanəgah Abidə Kompleksinə ekskursiyası da keçirilib.

Seyfur HACIMURADOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4282865
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
683
5147
36030
114223
4282865

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter