17 İyul 2019, Çərşənbə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində gənc­lər arasında “Xəmsə” milli intellektual oyunu üzrə XI Azərbaycan çempionatının Naxçıvan Muxtar Respublika birinci­liyi keçirilib.
Yarışlar başlanmazdan əvvəl gənclər və idman naziri Azad Cabbarov çıxış edərək muxtar respublikada həyata keçirilən dövlət gənclər siyasəti, nazirlik tərəfindən gənclərin intellektual səviyyələrinin yüksəldilməsi istiqamətində reallaşdırılan tədbirlər, bu məsələdə intellektual oyunların əhəmiyyəti barədə danışıb. Nazir qeyd edib ki, belə tədbirlərin keçirilməsinin nəticəsində artıq muxtar respublikada intellektual gənclər ordusu yetişib. Bugünkü oyunda iştirak edən komandaların sayı bunu bir daha sübut edir.
Qeyd edək ki, “Bəlli”, “Şərtli”, “Sirli”, “Fərdi” və “Xəmsə” raundlarından ibarət olan oyun 10 mərhələ, 3 yarımfinal və final mərhələsindən ibarət olub. Yarımfinal mərhələlərində ən yüksək xal yığaraq birinci və ikinci yerə çıxan komandalar finala vəsiqə qazanıblar. Belə ki, “Aran”, “Turan”, “Diplomat” və “Qisas” ­komandaları finalda mübarizə aparıblar.

Sonda “Diplomat” komandası hamıdan güclü olub. Digər iki pillədə isə “Turan” və “Qisas” komandaları qərarlaşıblar. Qalib gələn komandalara Gənclər və İdman Nazirliyi tərəfindən kubok, diplom, fəxri fərmanlar təqdim olunub.
İntellektual oyun Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Qalib komandalar “Xəmsə” milli intellektual oyununun XI Azərbaycan çempionatında muxtar respublikanı təmsil edəcəklər.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4259275
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
357
6540
12440
90633
4259275

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter