17 İyul 2019, Çərşənbə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Molla Nəsrəddin” satirik jurnalının ilk nömrəsinin çapdan çıxmasının 113 illiyinə həsr olunan elmi konfrans keçirilib.
Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Azərbaycanın ədəbiyyat tarixində əvəzsiz xidmətləri olan görkəmli yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadənin yaradıcılığından, onun təşəbbüsü, naşirliyi ilə dərc edilən “Molla Nəsrəddin” jurnalının milli mətbuatımızın inkişafında yeri və rolundan danışıb. Qeyd edib ki, əsərləri, publisistikası və böyük mətbuatçılıq fəaliyyəti ilə Cəlil Məmmədquluzadə Azərbaycan xalqının maariflənməsində əvəzsiz işlər görüb.
Akademik jurnalın 1906-cı ilin aprel ayından nəşrə başlandığını, 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunduğunu söyləyib. Qeyd edib ki, nəşr öz ətrafında Mirzə Ələkbər Sabir, Məmməd Səid Ordubadi, Üzeyir bəy Hacı­bəyov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Ömər Faiq Nemanzadə, Əliqulu Qəmküsar, Əli Nəzmi, Mirzə Əli Möcüz kimi görkəmli simaları birləşdirməyi bacarıb və böyük bir məktəb yaradıb. Zülmə, əsarətə, avamlığa qarşı kəskin mübarizə aparan Cəlil Məmmədquluzadə jurnalda karikaturalara geniş yer verməklə xalqı bir çox mətləblərdən agah edib.

Nəşrin 100 illik yubileyinin qeyd olunması ilə bağlı ölkə başçısı tərəfindən 23 yanvar 2006-cı ildə Sərəncam imzalandığı xatırladılıb, jurnalın latın qrafikası ilə yenidən çap olunduğu bildirilib.
Konfransda, həmçinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyat­şünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Molla Nəsrəddin” jurnalı və mollanəsrəddinçilik”, institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Molla Nəsrəddin” jurnalı və dil məsələsi”, Folklorşünaslıq şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərovanın “Molla Nəsrəddin” jurnalı və folklor”, Memarlıq, şəhərsalma və abidələrin bərpası şöbəsinin laborantı Şəmsiyyə Zalovanın “Molla Nəsrəddin” jurnalında qrafika sənəti” mövzularında məruzələri dinlənilib.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4259280
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
362
6540
12445
90638
4259280

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter