17 İyul 2019, Çərşənbə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

AMEA Naxçıvan Bölməsində “Pedaqoji fikir tarixindən” ­kita­bı­nın təqdimatı keçirilib.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev tədbiri giriş sözü ilə açaraq bildirib ki, “Pedaqoji fikir tarixindən” kitabı muxtar respublikanın təhsil ictimaiyyəti üçün ən dəyərli nəşrlərdən biridir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Ali Məclisin Sədri tərəfindən təsdiq olunmuş 2019-cu il üzrə Tədbirlər Planına əsasən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində 10 min tirajla nəşr olunan bu kitabın 8 mindən çoxu muxtar respublikanın təhsil müəssisələrinin kitabxanalarına və müəllimlərə verilib.
Vurğulanıb ki, kitabda Azərbaycan və dünya pedaqoji fikrinin ən zəruri və dəyərli nümunələri seçilərək toplu halında oxuculara çatdırılıb. “Pedaqoji fikir tarixindən” kitabının elmi-pedaqoji əhəmiyyəti, təlim-­tərbiyə prosesində, eləcə də gənc nəsildə vətənpərvərliyin formalaşmasında mühüm rolu nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli ­Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların Siyahısı”na əlavə edilib.
Akademik belə dəyərli nəşrin ərsəyə gəlməsində göstərdiyi diqqət və qayğıya görə Ali Məclisin Sədrinə dərin minnətdarlığını bildirib.

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli “ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə məktubu” və böyük rus pedaqoqları K.D.Uşinski, A.O.Çernyayevski və V.A.Suxomlinskinin pedaqoji görüşləri”, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Pedaqogikada misligörünməmiş təcrübə”, həmin institutun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımov “Azərbaycan maarifçilərinin pedaqoji fikir tarixində yeri” mövzularında çıxış ediblər.
Vurğulanıb ki, kitabda ayrı-ayrı görkəmli maarifpərvər şəxsiy­yətlərin, elm xadimlərinin, pedaqoqların pedaqoji görüşləri, təhsil məsələləri haqqında dəyərli fikirləri öz əksini tapıb. Kitab “ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə yazdığı məktub”la başlayır. Bu məktub həcminə görə qısa olmasına baxmayaraq, bu günün müəlliminə sanki yol göstərir, onun üzərinə mühüm vəzifələr qoyur. Publisist-politoloq Reyhan Mirzəzadənin kitabda verilmiş “Uşinskinin, Çernya­yevskinin, Suxomlinskinin əziz xatirəsinə” və “Pedaqogikada misli­görünməmiş təcrübə” adlı irihəcmli tədqiqatları özünün fundamentallığı və konseptuallığı ilə maraq doğurur.
Kitabda Azərbaycan maarifçiləri Cəlil Məmmədquluzadənin, Məhəmməd Tağı Sidqinin, Nəriman Nərimanovun, Hüseyn Cavidin, Eynəli bəy Sultanovun, Məhəmməd ağa Şahtaxtlının, Məmməd Səid Ordubadinin əsərlərindən verilmiş seçmələr də tərbiyəvi-didaktik qayəsi ilə ­səciyyələnir.

 Güntac ŞAHMƏMMƏDLİ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4259262
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
344
6540
12427
90620
4259262

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter