19 İyul 2019, Cümə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Ötən həftə ABŞ-ın nüfuzlu “SciTech Central” nəşriyyatının “Beynəlxalq turizm və otel biznes menecment jurnalı”nda “Naxçıvan” Universitetinin əməkdaşları Zülfüqar Zülfüqarov və Sankt-Peterburq Beynəlxalq Turizm Akademiyasının üzvü, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əli Cabbarovun “Azərbaycanın Machu Picchusu Əlincəqala – Naxçıvanda zirvə turizmi” adlı elmi məqaləsi dərc olunub.
Məqalədə dünyada yayılmış çox maraqlı turizm növlərindən biri olan zirvə turizmi üzrə səyahət edən turistlərin Əlincə­qalaya səfərlərinin motivləri araşdırılmaqla unikal yerləşmə mövqeyi, dəniz səviyyəsindən yüksəkliyi, qayalıq platforması, ətraf panoramik mənzərəsi və sübut olunmuş tarixi zənginliyinə görə qalanın turistlərdə yaratdığı təəssüratların rekreasiya və tanışlıq qiymətləndirilməsi aparılıb.
Əlincəqalanın turizm cazibəsinin təhlil olunduğu bu məqalədə Perudakı Machu Picchu qala şəhəri (XV əsr) ilə müqayisədə Əlincəqalanın sübut olunmuş tarixinin min ildən daha çox olduğu, Naxçıvan Muxtar Respublikasına əcnəbi turistlərin səyahətlərinin artması ilə qalanın çox cazibədar turizm destinasiyası halına gəldiyi vurğulanıb. Məqalədə Naxçıvan şəhərindən şimal-şərq istiqamətində 30 kilometr məsafədə yerləşən Əlincəqalanın turizm cazibədarlığını müəyyən edən amillər kimi onun qədim tarixi, qala müdafiəçilərinin Əmir Teymurun ordusuna qarşı on dörd il (1387-1401) müqavimət göstərməsi, daha sonrakı dövrlərdəki tarixi əhəmiyyəti ilə yanaşı, 2016-cı ildə qalanın bərpa olunaraq dünya turizminə qazandırılması göstərilib. Qeyd olunub ki, hər il Naxçıvana səyahət edən 400 minə yaxın turistin mühüm bir hissəsini təşkil edən əcnəbi turistlərin Əlincəqalaya səfərləri zamanı mühüm motiv kimi özünü göstərən zirvə turizmi də turistlərdə yaratdığı emosional və psixoloji rekreasiya tələbatının düzgün qiymətləndirilməsi və bununla da turizmin təşkili zamanı yaranan məsələlərin həllinə xidmət edir.

Təcrübə göstərir ki, Əlincəqala kimi dəniz səviyyəsindən, təqribən, 1500 metr və ətraf platformadan 500 metr yüksəklikdə olan zirvəyə qalxmaqla geniş panoramlı mənzərə ilə tanış olmaq turizmdə kök atmış ənənəvi LLL (Leisure, Lore, Landscape – asudə vaxt, adət-ənənə, landşaft) formulu əvəzinə daha çox EEE (Earth, Extreme, Enjoyment – Yer, ekstrim, əyləncə) məqsədli səyahətlərin daha geniş yayılmasına xidmət edir. Bu da zirvə turizm məqsədilə səyahət edənlər arasında yaşlı və orta nəsil nümayəndələri ilə yanaşı, gənclərin və xüsusən də tələbələrin səyahətlərini motivasiya edir, ekskursantlarda rasionallıq və ekoloji tərbiyə hisslərini gücləndirməklə pedaqoji tərbiyə vasitəsi kimi də istifadə olunur. Məqalə müəllifləri hesab edir ki, dünyada populyarlıq qazanan belə turizm növünün Əlincəqalada da genişlənib onu bir brend kimi tanıtması Naxçıvanda turizm-ekskursiya xidmətlərinin diversifikasiyası baxımından da çox yaxşı seçim ola bilər.
Qeyd edək ki, məqalənin dərc olunmasına Naxçıvanda fəaliyyət göstərən “Cahan” Holdinq və “Ləzzət Qida Sənaye” MMC sponsorluq ediblər.

Seyfur Hacımuradov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4273263
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2084
5778
26428
104621
4273263

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter