24 May 2019, Cümə

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

“Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə respublika final mərhələsinin qalibi olan Babək rayon Payız kənd tam orta məktəbinin komandasının mükafatlandırılması mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, ümumtəhsil məktəblərində şagirdlərdə hərbi-vətənpərvərlik tərbiyəsinin formalaşdırılması məqsədilə müxtəlif müsabiqələr və yarışlar keçirilir. Həmin yarışlardan biri də “Vətənin müdafiəsinə hazıram” poli­atlon çoxnövçülüyüdür. Bu yarış üzrə əvvəlcə ümumtəhsil məktəbliləri arasında zona yarışları keçirilib, orada yüksək nəticə əldə edən 8 komanda aprelin 17-də muxtar respublika birinciliyi uğrunda mübarizə aparıblar. Babək rayon Payız kənd tam orta məktəbinin komandası qalib olaraq respublika final mərhələsində muxtar respublikanı təmsil etmək hüququ qazanıb. 24-29 aprel tarixdə Göygöl rayonunda ölkəmizin müxtəlif bölgələrinin 16 komandası arasında keçirilən yaz çağırışına həsr olunmuş poliatlon çoxnövçülüyü üzrə respublika çempionatında Payız kənd tam orta məktəbinin komandası uğurla çıxış edərək çempionatın qalibi olub. Həmçinin komandanın üzvlərindən Fərid Əsədov və Sənan Əşrəfov 100 və 2000 metr məsafəyə qaçış mərhələlərində ən yüksək nəticə göstərdiklərinə görə kubokla mükafatlandırılıblar.

Təhsil naziri vurğulayıb ki, qazanılan uğurlar muxtar respublika məktəblilərinin may ayında keçiriləcək “Sərhəd” və “Şahin” hərbi idman oyunlarının final mərhələlərində də yüksək nəticələr əldə edəcəklərinə ümid verir.
Tədbirdə gənclər və idman naziri Azad Cabbarov çıxış edərək Naxçıvan Muxtar Respublikasında gənclərin kütləvi bədən tərbiyəsi və idman tədbirlərinə cəlb olunması, idmanın inkişaf etdirilməsi məqsədilə yaradılan şəraitdən danışıb. Nazir vurğulayıb ki, Babək rayon Payız kənd tam orta məktəbinin komandasının ölkə birinciliyində əldə etdiyi uğur gənclər və idman sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir.
Tədbirdə Payız kənd tam orta məktəbinin direktoru Turan Məmmədli çıxış edərək əldə edilən uğurun məktəbdə yaradılan müasir tədris şəraitinin nəticəsi olduğunu qeyd edib, təhsilə göstərdiyi dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə məktəbin kollektivi adından minnətdarlığını bildirib.
Tədbirin sonunda Payız kənd tam orta məktəbinin qalib komandasına diplom, kubok, nazirliklərin plaketləri, komandanın üzvlərinə isə idman geyim dəsti və çantası hədiyyə edilib.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4014144
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3578
4800
21634
96526
4014144

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter