19 İyul 2019, Cümə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Muxtar respublikanın ümumtəhsil məktəblərində aprel ayında keçirilən “Mütaliə aylığı”nın yekunu ilə bağlı tədbir olub.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan ki­tablar haqqında” 2017-ci il 28 avqust tarixli Sə­rəncamının əhəmiyyətindən ­danışıb.

Vurğulanıb ki, mütaliənin şagirdlərin mənəvi aləminin zənginləşməsində, dünya­görüşünün və bilik dairəsinin genişlənməsində müstəsna əhəmiyyəti nəzərə alınaraq ümumtəhsil məktəblərində bu sahədə şagirdlərlə məqsədyönlü maarifləndirmə işləri aparılır. Bu tədbirlərin davamlı və kütləvi xarakter daşıması məqsədilə nazirlik aprel ayını muxtar respublika ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edib.
Qeyd olunub ki, bu çərçivədə bir sıra tədbirlər keçirilib. Təqdirəlayiq haldır ki, bu ayda 3844 şagird oxuduğu əsərlər haqqında esse yazıb, 149 məktəbdə 946 şagirdin iştirakı ilə dram əsərlərindən parçalar səhnələşdirilib. Bundan başqa, “Oxu günü”nə, “Poeziya günü”nə, kitab müzakirələrinə, ədəbi-bədii gecələrə həsr edilmiş tədbirlərə 16 minə yaxın şagird cəlb edilib. Qeyd olunanlar şagirdlərin mütaliəyə kütləvi cəlbində və istedadlı şagirdlərin üzə çıxarılmasında aylığın keçirilməsinin nə qədər mühüm əhəmiyyət kəsb etdiyini bir daha göstərir.
Təhsil naziri diqqətə çatdırıb ki, şagirdlərin mütaliəyə təşviq edilməsi, onlarda mütaliə vərdişləri və mədəniyyətinin yaradılması istiqamətində davamlı tədbirlər keçirilməlidir.
Sonra tədbir bədii hissə ilə davam edib, “Pedaqoji fikir tarixindən” kitabından görkəmli pedaqoqlara aid seçmələr oxunub, musiqi nömrələri maraqla qarşılanıb.
Sonda esse və dram müsabiqələrinin qaliblərinə diplom, oxunması zəruri olan kitablar və hədiyyələr verilib.


Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin
mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4273314
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2135
5778
26479
104672
4273314

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter