23 Avqust 2019, Cümə

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşlarının iştirakı ilə pedaqoji mühazirələrə həsr olunmuş konfrans-müsabiqə keçirilib.
Konfransı giriş sözü ilə Təhsil naziri Rəhman Məmmədov açaraq qeyd edib ki, bu gün muxtar respublikada təhsilin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir, bu sahədə keyfiyyət göstəriciləri yaxşı­laşdırılır, muxtar respublika təhsili özünün uğurlu inkişaf dövrünü yaşayır.
Bildirilib ki, pedaqoji mühazirələrin yazılmasında ümumi təhsil sistemində çalışan müəllimlər, məktəb rəhbərləri, metodistlər, psixoloqlar, kitabxanaçılar və uşaq birliyi rəhbərləri iştirak ediblər. Pedaqoji mühazirələr 2 mərhələdə – rayon (şəhər) və muxtar respublika mərhələləri üzrə təşkil olunub. Ümumilikdə, ümumtəhsil məktəblərinin hazırladıqları 257 pedaqoji mühazirə dinlənilib. Mövzunun aktuallığı, təcrübi əhəmiyyəti, orijinallığı baxımından uyğun gələn və innovativ xarakterə, səmərəli təcrübəyə əsaslanan 29 pedaqoji mühazirə müəllifi muxtar respublika üzrə seçimlərdə iştirak etmək hüququ qazanıb. Nazir bölmələr üzrə pedaqoji mühazirələrin müzakirələrinin aparılacağını, bunun da müəllimlərin bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayacağını bildirib.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru Elbrus İsayev çıxışında vurğulayıb ki, bu gün muxtar respublikada pedaqoji sahədə əsaslı dönüş yaradılıb, diqqətəlayiq işlər görülüb. Son günlərdə pedaqoji təcrübələrlə bağlı elmi konfranslar keçirilir, müəllimlər üçün təcrübə kursları təşkil olunur. Naxçıvan Müəllimlər İnstitutu da pedaqoji kadr hazırlığını təkmilləşdirməyi bundan sonra da diqqətdə saxlayacaq.
Sonra Ordubad Rayon Təhsil Şöbəsinin müdiri Samir Zeynalovun “Pedaqoji mühazirələrin tədrisin keyfiyyətinə müsbət təsiri”, Naxçıvan Qarnizonu tam orta məktəbinin riyaziyyat müəllimi Aytən Bağırovanın “Şagirdlərin riyazi bacarıqlarının inkişaf etdirilməsinin yolları”, Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İlahə Fərəcovanın “Təlim-tərbiyə prosesində şagirdlərin idrak fəaliyyətinin inkişaf etdirilməsi” mövzularında çıxışları dinlənilib.
Konfrans öz işini plenar iclasla davam etdirib.
Qeyd edək ki, pedaqoji mühazirələrin keçirilməsi qaydalarına uyğun olaraq Təhsil Nazirliyinin və Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları, bölmə rəhbərləri və üzvləri tərəfindən pedaqoji mühazirələrə dair verilən rəylər əsasında muxtar respublika mərhələsinin qalibləri müəyyənləşdiriləcəkdir. Qaliblər Təhsil Nazirliyi tərəfindən mükafatlandırılacaqdır.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4478418
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1785
5274
21374
142459
4478418

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter