19 İyul 2019, Cümə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda interaktiv dərs keçilib.
Dərsdə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev bildirib ki, dahi şəxsiyyətin Azərbaycan naminə fəaliyyətinin 1990-cı ildən sonrakı mərhələsi şərəfli xilaskarlıq və quruculuq missiyası ilə zəngindir. Bu missiyanın öz başlanğıcını götürdüyü yer isə Azərbaycanın Naxçıvan Muxtar Respublikasıdır. Xalqı­mızın böyük oğlunun 1990-cı il iyul ayının 22-də Naxçıvana qayıdışı Azərbaycanın qurtuluş tarixinin parlaq səhifəsidir. Bu böyük şəxsiyyətin Azərbaycan və Naxçıvan parlamentlərinin deputatı, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsi və milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılması ilə nəticələnmişdir.
Bildirilib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanı dağılmaq və məhv olmaq təhlükəsindən qurtarıb, onun itirilməkdə olan müstəqilliyini qoruyub saxlayıb.

Bu gün ölkəmizin və muxtar respublikamızın sosial-iqtisadi, elmi və mədəni həyatında gedən proseslərin kökündə fəal yaradıcı gücə malik olan Heydər Əliyev milli dövlətçilik konsepsiyası, inkişafın Heydər Əliyev modeli dayanır. Fədakar əməyi ilə müstəqil Azərbaycan dövlətini yaradan, Azərbaycanı öz həyatının mənası bilən ulu öndərimizin xalqımız qarşısında xidmətləri unudulmazdır.

Dünya dövlətləri sırasında layiqli yerini tutan Azərbaycanın ulu öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini hazırda ölkə başçısı cənab İlham Əliyev uğurla davam etdirir. Bu siyasi ideologiyaya sədaqətin nəticəsidir ki, Azərbaycanın hər bir bölgəsi inkişaf edir, quruculuq obyektlərinin sayı günbə­gün artır, əhalinin yaşayış səviyyəsi yüksəlir. Muxtar respublikamız da bu gün özünün sürətli inkişaf dövrünü yaşayır.
Dərsi izləyənlər Heydər Əliyev Muzeyindəki eksponatlarla virtual şəkildə tanış olublar. Muzey haqqında şagirdlərə ətraflı məlumat verilib.
Qeyd edək ki, mayın 10-da bütün təhsil müəssisələrində bir dərs saatı da ümummilli lider Heydər Əliyevə həsr olunub.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4273353
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2174
5778
26518
104711
4273353

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter