24 Fevral 2020, Bazar ertəsi

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda 2002-2003-cü illər təvəllüdlü yeniyetmə oğlanlar arasında basketbol üzrə keçirilən Naxçıvan Muxtar Respublika turniri başa çatıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri ilə Basketbol Federasiyasının birgə təşkil etdiyi turnirdə 4 komanda dairəvi sistem üzrə mübarizə aparıb.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində təşkil olunan turnirin son günündə əvvəlcə meydana “Babək” və “Şərur” komandaları çıxıb. Bu görüşdə qələbəni babəklilər bayram edib. Günün ikinci – “Ordubad”-“Naxçıvan” matçı gərginliyi ilə yadda qalıb. Son dəqiqələrə kimi üstünlüyü əldən verməyən Naxçıvan təmsilçisi meydanı 35:34 hesablı qələbə ilə tərk edib.
Ümumi nəticədə daha çox xal toplayan “Naxçıvan” komandası turnirin qalibi olub. “Babək” və “Ordubad” komandaları ikinci və üçüncü yerlərlə kifayətləniblər.
Sonda qaliblər diplom, fəxri fərman və hədiyyələrlə təltif olunublar. Turnirin qalibi – “Naxçıvan” komandası isə “Heydər Əliyev kuboku”na layiq görülüb.
Mükafatları Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov, Təhsil naziri Rəhman Məmmədov və Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının sədri Mahir Əliyev təqdim ediblər.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR