17 İyun 2019, Bazar ertəsi

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Mayın 15-də norveçli məşhur xor şefi və müəllimi Per Oddvar Hildre və Azərbaycanın incəsənət xadimlərindən ibarət nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər ediblər.
Qonaqlar əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərində ucalan abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyindəki eksponatlarla tanış olublar.
Sonra qonaqlar Naxçıvan Dövlət Universitetinin Konservatoriya binasında universitetin İncəsənət fakültəsinin xor kollektivinin ifasında musiqi nömrələrini dinləyiblər. Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi Naxçıvana səfərə gələn nümayəndə heyətinin üzvlərini tələbələrə təqdim edib. Bildirib ki, nümayəndə heyətində Azərbaycanın Xalq artisti, əfsanəvi “Qaya” ansamblının üzvü Rauf Babayev, Azərbaycanın Əməkdar artisti İlqar Muradov, yazıçı-publisist Əlibala Məhərrəmzadə, Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov və dünyada tanınmış norveçli musiqiçi, əfsanəvi “Skruk” xorunun dirijoru Per Oddvar Hildre vardır. Qeyd edilib ki, səfərin məqsədi Naxçıvandakı xor kollektivlərinin fəaliyyəti ilə yaxından tanış olmaqdır.
Daha sonra qonaqlar Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin xor kollektivlərinin ifasında musiqi nömrələrini dinləyib, öz fikirlərini, tövsiyə və məsləhətlərini veriblər.
Per Oddvar Hildre bildirib ki, kollektiv musiqi nömrələrini peşəkarlıqla ifa etdilər. O vurğulayıb ki, kollektivin üzvləri çox həvəsli və bacarıqlıdırlar. Onlar səhnədə tamaşaçılara fərqli üslubda, yeni bir ifa tərzində geniş repertuar təqdim etmək imkanlarına malikdirlər.
Sonra norveçli dirijor xor kollektivləri üçün ustad dərsi keçib.
Qeyd edək ki, həmin gün Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Milli Konservatoriyası arasında əməkdaşlıq müqaviləsi də imzalanıb.
Nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri davam edir.

Tural AĞAYEV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4078304
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1201
5301
1201
41904
4078304

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter