17 İyun 2019, Bazar ertəsi

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan şəhərindəki “Təbriz” mehmanxanasında Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin Turizm və otel­çilik ixtisasları üzrə III kurs tələbələri ilə mehmanxanaların sertifikatlaşdırılması mövzusunda seminar keçirilib.
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin statistika və sertifikatlaşdırma sektorunun baş məsləhətçisi Ülviyyə Cəfərova seminarı giriş sözü ilə açaraq qeyd edib ki, turizmin inkişaf etdirilməsi üçün əsas məsələlərdən biri də yüksək səviyyəli kadr hazırlığıdır. Bu məqsədlə Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində Turizm və otel­çilik ixtisası üzrə kadrlar hazır­lanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq departament tərəfindən bir sıra tədbirlər keçirilib. 15 aprel 2019-cu il tarixdən müvafiq ixtisasların tələbələri mehmanxanalarda istehsalat təcrübəsi keçirlər. Həmçinin sərəncamın icrası ilə əlaqədar olaraq “İdeyadan başlanğıca” devizi altında startapların və layihələrin qəbul olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentində ekspert qrupu yaradılıb. Bu tədbirlərin davamı olaraq bu gün mehmanxanaların sertifikatlaşdırılması haqqında seminar keçirilir.
Sonra “Nəqşicahan Holdinq Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin iqtisadi məsələlər üzrə direktor müavini Rifat Mahmudov çıxış edərək otelçilik işinin təşkilindən və turizmin əhəmiyyətindən danışıb.
Sonda tələbələr “Təbriz” mehmanxanasının fəaliyyəti ilə tanış olublar.

 Pərviz HACILI

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4078309
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1206
5301
1206
41909
4078309

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter