18 Oktyabr 2019, Cümə

Muxtar respublikanın ən böyük bölgəsi olan Şərur rayonunda istehsal müəssisələri, təhsil, səhiyyə və digər qurumlar üçün binaların tikintisi, yolların və digər infra­strukturların yenilənməsi diqqət mərkəzində saxlanılır. Cari ildə də belə tədbirlər sürətlə davam etdirilir, geniş və iri layihələr icra olunur. Belə ki, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının inzibati binası, Muğanlı, Muğancıq-Mehrab, Xələc, Yeni Havuş, Xətai kəndlərində kompleks quruculuq işləri, Məmmədsabirdə kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası, Alışarda kənd və xidmət mərkəzləri, feldşer-mama məntəqəsi, Qışlaqabbasda xidmət və kənd mərkəzləri, Maxta kəndində Çernobıl əlili üçün yaşayış binası inşa olunur.

Dizə kəndində gücü saniyədə 271 litr olan sutəmizləyici qurğunun və 27 min kubmetr həcmində üç su anbarının tikintisinə, Zeyvə və Düdəngə kəndlərinə isə içməli su xətti çəkilişinin ikinci mərhələsinə başlanılıb. Şərur şəhəri ilə Məmmədsabir-Muğancıq- Mehrab-Qarxun, Muğanlı-Qorçulu kəndlərinin avtomobil yoluna asfalt örtüyünün salınması, Şərur şəhərində Mədəniyyət Sarayının inşası, mərasim evinin, Təqaüdçülər klubunun, Şərur şəhər mərkəzi univermağının əsaslı təmiri və yenidən qurulması davam etdirilir. Rayon mərkəzində müasir yaşayış binasının da tikintisinə başlanılıb.
Onu da bildirək ki, Naxçıvan-Sədərək magistralından Şərur şəhərinə qədər olan, eləcə də şəhərdəki Heydər Əliyev prospektini və 6 küçəni əhatə edən 11 kilo­metrlik avtomobil yolu da yenidən qurulur, yolun yatağı genişləndirilir, asfalt örtük salınmasına hazırlıq işləri görülür.
Qeyd edək ki, bu ilin əvvəllərində Şərur şəhərində uşaq xəstəxanası, Kərimbəyli kəndində 270 şagird yerlik tam orta məktəb binası, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası istifadəyə verilib, avtomobil yolu yenidən qurulub.

Ramiyyə ƏKBƏROVA

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR