20 İyul 2019, Şənbə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

18 iyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Günü münasibətilə Naxçıvan şəhərindəki Gənclər Mərkəzində muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında bilik yarışı keçirilib.
Tədbiri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov açaraq bildirib ki, Azərbaycanın dünyada müstəqil, hüquqi, demok­ratik dövlət kimi tanınması, ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə əsas insan hüquq və azadlıqlarının həyata keçirilməsinə əsaslanan yeni dövlət quruculuğunun təməlini qoymuşdur.
Ulu öndərimiz tərəfindən həyata keçirilmiş hüquq islahatları Azərbaycanda demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş yeni hüquq sisteminin formalaşmasına zəmin yaratmışdır. ­Görkəmli dövlət xadiminin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” ölkəmizdə bu sahədə görülən işlərin səmərəliliyini daha da artırmışdır.

Vurğulanıb ki, bu gün Azərbaycanda hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən müddətdə ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində kompleks tədbirlər həyata keçirilmişdir.
Diqqətə çatdırılıb ki, bu sahəyə qayğının ifadəsi kimi ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli “Azərbaycan Respublikasında İnsan Hüquqları Gününün təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq hər il iyunun 18-i ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunur və muxtar respublikada da bununla bağlı müxtəlif tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova çıxış edərək bildirib ki, muxtar respublikada insan hüquq və azadlıqları daim diqqət mərkəzində saxlanılır, muxtar respublikanın sosial-iqtisadi və demok­ratik inkişafına uyğun olaraq hüquq institutlarının təkmilləşdirilməsinə, insan hüquqlarının müdafiəsi mexanizminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, əhalinin keyfiyyətli hüquqi yardımla təmin edilməsinə xüsusi diqqət yetirilir. Ölkə başçısı cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı insan hüquqlarına verilən diqqətin bariz təzahürüdür.
Müvəkkil qeyd edib ki, bilik yarışının keçirilməsində əsas məqsəd muxtar respublikada yaşayan gənclərin hüquq sahəsinə olan maraqlarının artırılması, ölkə­mizdə vətəndaş hüquq və azadlıqlarının təbliği, gənclərin bu istiqamətdə stimullaşdırılmasıdır. Bu yarışın təşkili həm də Naxçıvanın muxtariyyətinin tarixi və hüquqi aspektlərinin hərtərəfli öyrənilməsinə, muxtar respublikada olan istedad potensialının inkişafının stimullaşdırılmasına xidmət edir.
Ombudsman Ülkər Bayramova belə tədbirlərin gənclərin hüquqi biliklərinin artırılmasında mühüm rol oynayacağını vurğulayaraq tələbələrə bilik yarışında uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası Gənc­lər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxış edərək ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin ölkəmizdə olduğu kimi, muxtar respublikamızda da uğurla həyata keçirilməsindən danışıb.
İştirakçılar yarışın şərtləri barədə ətraflı məlumatlandırıldıqdan sonra bilik yarışına start verilib.
İki turdan ibarət bilik yarışında tələbələr komanda şəklində Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası konstitusiyaları, həmçinin muxtariyyətin tarixi və hüquqi aspektləri üzrə biliklərini sınayıblar.
“Naxçıvan” Universitetinin “Aran” komandası birinci, Naxçıvan Dövlət Universitetinin “Qurtuluş” komandası ikinci, Naxçıvan Müəllimlər İnstitutunun “Qılınc və qələm” komandası isə üçüncü yerə layiq görülüb.
Orta ixtisas təhsili müəssisələri tələbələri arasında isə Naxçıvan Dövlət Texniki Kollecinin “Zirvə” komandası birinci, Naxçıvan Tibb Kollecinin “İbn Sina” komandası ikinci, Naxçıvan Musiqi Kollecinin “Melodiya” komandası üçüncü yeri tutub.
Sonda qalib gəlmiş və fərqlənən komandalar Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin fəxri fərmanları və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun diplomları ilə təltif olunublar.

 Pərviz HACILI

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4280609
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3574
5856
33774
111967
4280609

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter