20 İyul 2019, Şənbə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

“Sabahın müəllimi” layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində pedaqoji profilli ixtisasların buraxılış kurs tələbələri ilə görüş keçirilib. Məzunlar ümumtəhsil məktəblərində vakant müəllim yerləri ilə tanış ediliblər.
Universitetin prorektoru, dosent Rafiq Rəhimov çıxış edərək bildirib ki, müəllim təcrübəsinin paylaşılması və məzunların işlə təmin edilməsindən ibarət olan yeni layihə muxtar respublikada innovativ təcrübəli müəllim kadrların hazırlanmasına müsbət təsir göstərəcək.
Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Ovni Muradov qeyd edib ki, “Sabahın müəllimi” layihəsinə uyğun olaraq muxtar respublikada gənc kadrların işlə təminatı diqqətdə saxlanılır. “Naxçıvan Muxtar Respublikasında müəllimlərin ümumtəhsil müəssisələrinə işə qəbul qaydaları”na əsasən bu proses müsabiqə yolu ilə həyata keçirilir.
Sonra Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Abdulla Əsgərov pedaqoji profilli ixtisasların buraxılış kurs tələbələrinə slaydlar vasitəsilə muxtar respublikanın ümumtəhsil məktəblərində olan vakant müəllim vəzifələri, müəllimlərin ümumtəhsil müəssisələrinə işə qəbul qaydaları, gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər haqqında geniş məlumat verib.

O, muxtar respublikamızın bütün bölgələrində gənc kadrlar üçün yaradılan şəraitə, müəllim əməyinə verilən yüksək qiymətə və göstərilən qayğıya görə həmkarları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4280630
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3595
5856
33795
111988
4280630

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter