19 İyul 2019, Cümə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 30-da ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunları, üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarının (IX sinif) ikinci mərhələsində iştirak edə bilməyən cari ilin məzunları, orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənləri üzrə imtahan verən cari ilin məzunları, orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün imtahanlar keçirilib.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Zaqatala, Qax, Balakən, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunub. Eyni vaxtda – saat 1100-da başlanıb, 3 saat davam edən imtahanda 6461 nəfər iştirak edib. İmtahanların idarə olunmasına 21 ümumi imtahan rəhbəri, 50 imtahan rəhbəri, 536 nəzarətçi-müəllim ayrılıb.
Naxçıvan Muxtar Respublikasında Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə keçirilən, 336 abituriyentin iştirak etdiyi imtahana 32 nəzarətçi-müəllim, 300 imtahan rəhbəri cəlb edilib. İmtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Nəticələr yaxın günlərdə elan ediləcək.

 Güntac ŞAHMƏMMƏDLİ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4274110
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2931
5778
27275
105468
4274110

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter