19 İyul 2019, Cümə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

İyulun 11-də respublika fənn olimpiadalarının muxtar respublikadan olan 25 qalibinə medal və sertifikatlar təqdim edilib.
Tədbirdə Təhsil naziri Rəhman Məmmədov bildirib ki, təhsilin keyfiyyətinin yüksəldilməsinin diqqətdə saxlanıldığı muxtar respublikada istedadlı şagirdlərlə aparılan iş sahəsində mühüm tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu il iyunun 24-də imzaladığı Sərəncamla 3 şagirdin adının Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılması və onların xüsusi aylıq təqaüdə layiq görülməsi istedadlı uşaqlara dövlət qayğısının bariz göstəricisidir.
Qeyd olunub ki, ötən tədris ilində istedadlı şagirdlərin aşkar olunması, onların potensiallarının inkişaf etdirilməsi məqsədilə müxtəlif bilik yarışları, müsabiqələr, muxtar respublika və respublika səviyyəli olimpiadalar təşkil olunub. Respublika fənn olimpiadası, ümumilikdə, 8 fənn üzrə IX-XI sinif şagirdlərinin iştirakı ilə keçirilib. Olimpiadanın nəticələri uğurlu olub, muxtar respublika məktəbliləri 2-si qızıl, 6-sı gümüş, 17-si isə bürünc olmaqla, 25 medal qazanıblar. Olimpiada qaliblərindən 17-si, yaxud 68 faizi dəqiq fənlər üzrə yer tutub. Olimpiadanın nəticələrinə əsasən Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri 4 medal qazanmaqla muxtar respublika birincisi, Heydər Əliyev adına Hərbi Liseyin kursantları isə 3 medal qazanmaqla muxtar respublika ikincisi olublar.

Olimpiada qalibləri ilə bağlı yeni qaydaların qəbul olunduğunu diqqətə çatdıran nazir bildirib ki, bu qaydaya əsasən cari tədris ilindən etibarən beynəlxalq olimpiada qalibləri istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qalibləri isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədən­kənar qəbul olmaq hüququna malikdirlər.
Tədbirdə Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Elşən Qəbulov çıxış edib.
Sonra Ali Məclis Sədrinin müvafiq sərəncamı ilə adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılmış, xüsusi aylıq təqaüdə layiq görülmüş, respublika fənn olimpiadasında tarix fənni üzrə gümüş medalın sahibi, Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Siyavuş Bağırov olimpiada qalibləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Tədbirin sonunda olimpiada qaliblərinə medal və sertifikatlar təqdim edilib, xatirə şəkli çəkdirilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4274090
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2911
5778
27255
105448
4274090

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter