23 Sentyabr 2019, Bazar ertəsi

  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri deyib: “Muzeylər bizim tariximizi, mədəniyyətimizi özündə qoruyub gələcəyə daşıyır. ...Lakin iş muzeylərin yaradılması ilə bitmir, onların daim zənginləşdirilməsinə, tamaşaçıların muzeylərə cəlb olunmasına da ciddi diqqət yetirilməlidir”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təmin olunub. Bu tədbirlərin həyata keçirilməsi muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğinə şərait yaradır.
Avqustun 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin, Nazirlər Kabinetinin, Ali Məhkəmənin, Naxçıvan Şəhər Məhkəməsinin və ixtisaslaşdırılmış məhkəmələrin kollektivləri Naxçıvan Biznes Mərkəzində olublar.

Məlumat verilib ki, 2004-cü ildə əl işləri və sənət əsərlərinin sərgi və satışı, sahibkarların tədris-informasiya mərkəzi kimi yaradılan mərkəz 2011-ci ildən Naxçıvan Biznes Mərkəzi kimi fəaliyyətini davam etdirib. 2013-cü ildən isə yeni bina ilə təmin olunan mərkəz üçün müasir tələblərə uyğun lazımi iş şəraiti yaradılıb. Qeyd olunub ki, əsas missiyası sahibkarlara xidmət, biznesin inkişafı üzrə onlara məsləhətlərin verilməsi, biznesə yeni başlayanlar üçün treninqlərin təşkili, biznes planların hazırlanmasında metodoloji dəstək göstərilməsi olan Naxçıvan Biznes Mərkəzində 96 müəssisə tərəfindən 192 növdə 1250-dən çox çeşiddə məhsul sərgilənir. Həmçinin burada yerli ailə təsərrüfatlarında istehsal olunan məhsullar, ayrı-ayrı sənətkarlar tərəfindən hazırlanan əl işləri, rəsm əsərləri, xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal və xidmət müəssisələrinin xəritəsi nümayiş etdirilir.
Qeyd edək ki, həmin gün Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin kollektivi Xatirə Muzeyini, Səhiyyə Nazirliyinin əməkdaşları Qarabağlar Türbə Kompleksini, Mədəniyyət Nazirliyinin kollektivi “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini, Gənclər və İdman Nazirliyinin əməkdaşları Naxçıvan Dövlət Xalça Muzeyini, Ekologiya və Təbii Sərvətlər Nazir­liyinin kollektivi “Əlincəqala” Tarix­­-Mədəniyyət Muzey Kompleksini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları “Xan Sarayı” Dövlət Tarix-­Memarlıq, Möminə Xatın və Açıq Səma altında Muzey Kompleksini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollektivi Ədəbiyyat Muzeyini ziyarət ediblər. Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, Televiziya və Radio Şurası və “Şərq qapısı” qəzeti redaksiyasının əməkdaşları Naxçıvan Dövlət Tarix Muzeyində, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin kollektivi Dövlət Bayrağı Muzeyində, Dövlət Statistika Komitəsinin əməkdaşları Heydər Əliyev Muzeyində, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin kollektivi Bəhruz Kəngərli Muzeyində, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Nəbatat bağında, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin kollektivi Naxçıvan Dövlət Rəsm Qalereyasında, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Cəlil Məmmədquluzadənin ev-muzeyində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin kollektivi Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksində olublar.

 Səbuhi HƏSƏNOV

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR