18 Oktyabr 2019, Cümə

14 avqust-4 sentyabr 2019-cu il tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ­tərəfindən keçirilən imtahanlarda müvafiq keçid balını toplayaraq işə qəbul edilən gənc müəllimlərlə Təhsil Nazirliyində görüş olub. 

 

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 14 aprel 2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil və ilk peşə ixtisas təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”na uyğun olaraq pedaqoji profilli ixtisasları bitirmiş gənclər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən müsabiqə yolu ilə işə qəbul olunur. Ötən tədris ilindən etibarən təşkil edilən bu müsabiqələr muxtar respublikada gənc­lərin işlə təmin olunmasında mühüm rol oynayır.
Diqqətə çatdırılıb ki, Təhsil Nazirliyi tərəfindən muxtar respublikanın ümumtəhsil məktəblərində ixtisaslar üzrə, ümumilikdə, 302 vakant iş yeri müəyyənləşdirilib, müsabiqəyə həmin vakant yerləri tutmaq üçün 599 nəfər sənəd təqdim edib. 14 avqust-4 sen­tyabr 2019-cu il tarixlərdə keçirilmiş test imtahanlarının nəticələrinə əsasən bu gün 95 müəllim işlə təmin olunur. Onlardan 41 nəfəri ucqar dağ kəndində yerləşən ümumtəhsil məktəbini seçib.
Sonra Təhsil naziri yeni dərs ili münasibətilə gənc müəllimləri təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.
Gənc müəllimlər adından çıxış edən Fatma Kərimova həyata keçirilən uğurlu təhsil siyasətindən danışıb, fəaliyyətləri üçün yaradılan şəraitə və gənc­lərə göstərilən yüksək qayğıya görə minnətdarlığını bildirib.
Sonda Təhsil Nazirliyi tərəfindən gənc müəllimlərə metodik vəsaitlər və “Pedaqoji fikir tarixindən” kitabı hədiyyə olunub və müəllimlərin 3 günlük seminarına start verilib.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR