18 Oktyabr 2019, Cümə

Naxçıvan Müəllimlər İnstitutunda Bilik Günü qeyd olunub. Yeni dərs ili münasibətilə institutun rektoru, dosent Elbrus İsayev çıxış edərək yeni qəbul olmuş tələbələri və valideynləri təbrik edib. O bildirib ki, bu tədris ilində institutda əlavə olaraq 3 yeni ixtisasa qəbul aparılıb. Bunlar İngilis dili müəllimliyi, Tarix müəllimliyi və Psixologiya ixtisaslarıdır. Ümumi olaraq bu il instituta 11 ixtisasda bakalavr üzrə 327, magistratura səviyyəsi üzrə isə 22 tələbə qeydiyyatdan keçib. 13 nəfər əcnəbi tələbə Naxçıvan Müəllimlər İnstitutunda təhsil alacaqdır.

İnstitutun prorektoru Azad Novruzov, Pedaqoji fakültənin dekanı Arif Ağalarov, Təbiət və incəsənət fakültəsinin dekanı Rövşən Vəliyev tələbələri təbrik ediblər. Çıxışlarda vurğulanıb ki, bu ali təhsil ocağında mövcud olan zəngin maddi-texniki baza, yüksəkixtisaslı pedaqoji heyət tələbələrin mükəmməl ali təhsil alması üçün əsaslı zəmin yaradıb.
Yeni qəbul olmuş tələbələrin valideynləri də çıxış edərək övladlarının Naxçıvan Müəllimlər İnstitutunda təhsil alacaqlarından fəxr hissi keçirdiklərini bildiriblər. Sonda yüksək balla instituta daxil olmuş tələbələrə tələbə bileti və qiymət kitabçaları təqdim edilib.

Xəbərlər şöbəsi

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR