23 Oktyabr 2019, Çərşənbə

Naxçıvan Dövlət Universitetində “Kimya elminə müasir baxış” adlı elmi konfrans keçirilib.
Konfransda çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ölkəmizdə kimya elminin inkişafından bəhs edib, son illər qazanılan uğurlar barədə danışıb.
“Bəzi aminturşular və onların qarışıq funksiyaları törəmələrinin əsasında birləşmənin quruluşu – inhibitor effekti asılı­lığının tədqiqi” adlı çıxışında universitetin Kimya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Tofiq Əliyev korroziya proseslərindən söz açıb. Qeyd edib ki, əksər metallar korroziya nəticəsində dağılaraq vaxtından əvvəl sıradan çıxır. Bu da sonda külli miqdarda dövlət vəsaitinin itirilməsinə gətirib çıxarır.

Bildirilib ki, təxmini statistik hesablamalara görə, hər il dünya miqyasında istehsal olunan metal və ərintilərinin 8-12 faizi korroziya nəticəsində itkiyə gedir. Bu da milyardlarla dollar vəsaitin itirilməsi deməkdir. Korroziya proseslərinin qarşısını almaq üçün səmərəli üsullardan danışan professor inhibitorların tətbiqinə əsaslanan daha əlverişli üsulu qeyd edib. Belə ki, bu üsuldan istifadə etdikdə mövcud texnoloji sistemdə heç bir dəyişikliyə ehtiyac olmur.
AMEA Fizika İnstitutunun professoru, fizika üzrə elmlər doktoru İmaməddin Əmir­aslanov “Kristallar, kvazikristallar və türk sənəti” adlı çıxışında təbiətdə mövcud olan bərk maddənin amorf və kristallik adlı iki halından danışıb. Qeyd edilib ki, amorf maddələrdən fərqli olaraq kristallar mükəmməl həndəsi formalara malikdir və bir çox hallarda təmizlik, gözəllik və mükəmməllik simvolu kimi qəbul olunur. Amorf maddələrə örnək kimi şüşə və plastması, ikincilərə isə xörək duzu, şəkər, almaz və sair maddələrin kristallarını göstərmək olar.
Diqqətə çatdırılıb ki, kvazikristalların kəşfi 2011-ci ilin kimya üzrə Nobel mükafatına layiq görülüb. Kvazikristal prinsipli olduğu təsdiqlənmiş ən qədim aperiodik ornament məhz İranın Marağa şəhərindəki oktaqonal prizma formalı Gunbad-i Kabud məqbərəsinin divarlarını bəzəyir.
Plenar iclasda suallar cavablandırılıb, təkliflər dəyərləndirilib.
Konfrans bölmə iclasları ilə davam edib.

Səadət ƏLİYEVA

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR