14 Noyabr 2019, Cümə axşamı

Monteneqronun populyar “Avlija” internet nəşrində Azərbaycanın görkəmli xadimləri haqqında materiallar seriyasından növbəti məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, bu günlərdə Monteneqro oxucuları məşhur Azərbaycan alimi, tarixçi, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun həyat və yaradıcılığı ilə tanış edilib (bax: www.avlija.me/portreti/zija-bunjatov-akademik-istoricar-orijentalista).

Məqalə müəllifi alimin tərcümeyi-halını təqdim edir, Ziya Bünyadovun əsas elmi nailiyyətləri, onun Azərbaycan tarixşünaslığına, ermənilərin tarixi saxtalaşdırması barədə faktların ifşa olunmasına töhfəsi barədə söhbət açır. İnternet istifadəçiləri sosial şəbəkələrdə bu məqaləyə fəal istinad edirlər.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR