17 Noyabr 2019, Bazar

Dünən Naxçıvan Müəllimlər İnstitutunda Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib. Əvvəlcə Təsviri incəsənət müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrin əl işlərindən ibarət sərgiyə baxış olub.

Tədbiri giriş sözü ilə institutun rektoru, dosent Elbrus İsayev açaraq Müstəqillik Gününün xalqımıza verdiyi töhfələrdən danışıb. O, Naxçıvan Müəllimlər İnstitutunda qazanılmış uğurların da müstəqilliyin bəhrələri olduğunu vurğulayıb. Rektor institut kollektivini təbrik edib.
Sonra Müstəqillik Gününə həsr edilmiş fakültələrarası qızlardan ibarət voleybol komandalarının yarışı keçirilib. Rektor qalib komandaya “Müstəqillik” kubokunu təqdim edib.
Tədbirin bədii hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tələbələrin ifasında musiqi nömrələri, şeirlərin bədii qiraəti dinlənilib, bədii kompozisiya və videoçarxa baxış olub.

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat xidməti

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR