14 Dekabr 2019, Şənbə

“Naxçıvan” Universitetində İqtisadiyyat və İdarəetmə fakültələrinin əyani şöbəsinin IV kurs tələbələrinin 2019-2020-ci tədris ilinin payız semestrində keçəcəkləri istehsalat təcrübəsinə həsr edilmiş başlanğıc konfransı olub.

Konfransı giriş sözü ilə universitetin prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu açaraq istehsalat təcrübəsinin əhəmiyyətindən və təcrübə qaydalarından danışaraq tələbələrə uğurlar arzulayıb.
Konfransda İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadənin, İqtisadiyyat fakültəsinin dekan müavini Vaqif Hüseynovun növbəti istehsalat təcrübəsinin keçirilməsinə dair çıxışları dinlənilib.
Qeyd olunub ki, 93 tələbə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində, Maliyyə və İqtisadiyyat nazirliklərində, Turizm Departamentində, Dövlət Miqrasiya Xidmətində 7 həftəlik təcrübə ­keçəcəklər.
Sonda çıxış edən tədris hissə müdiri Anar Abuzərli istehsalat təcrübəsinin keçirilmə qaydaları haqqında məlumat verib.

Seyfur HACIMURADOV

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR