14 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Ümummilli liderimiz Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli Fərmanına əsasən, Naxçıvan Politexnik Texnikumunun bazasında Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialı yaradılmışdır. 2003-cü il avqustun 26-da isə filial müstəqil instituta çevrilərək Naxçıvan Müəllimlər İnstitutu kimi fəaliyyətə başlamışdır.
Ötən 10 ildə Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyəti genişləndirilmiş, alitəhsilli kadrların hazırlanması sahəsində bir sıra nailiyyətlər əldə edilmişdir. Bu dövrdə institut ixtisaslı müəllim kadrları ilə təmin edilmiş, ali təhsil ocağının binası yenidən qurulmuş, lazımi tədris şəraiti yaradılmış, maddi-texniki bazası gücləndirilmiş, yeni ixtisaslar açılmışdır. 2003-cü ilə qədər Naxçıvan Müəllimlər İnstitutunda “İbtidai təhsilin pedaqogikası və metodikası” və “Məktəbəqədər tərbiyənin pedaqogikası və metodikası” ixtisaslarında təhsil verilirdisə, bu gün “Pedaqogika və psixologiya”, “Defektologiya”, “Təsviri incəsənət, rəsmxət və əmək təlimi”, “İbtidai sinif müəllimliyi”, “Riyaziyyat və informatika müəllimliyi”, “Təsviri incəsənət müəllimliyi”, “Məktəbəqədər təlim və tərbiyə”, “Təhsildə sosial psixoloji xidmət” ixtisasları üzrə bakalavr, “İbtidai təhsilin pedaqogikası və metodikası” və “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisasları üzrə isə magistr kadrları hazırlanır.

21 tələbə ilə fəaliyyətə başlayan institutda hazırda 908 bakalavr, 21 magistr təhsil alır. Tələbə və magistrlərin təhsili ilə 79 professor-müəllim məşğul olur. Müəllimlərdən 7-si elmlər doktoru, 32-si isə fəlsəfə doktorudur. İnstitutda Dillər və ədəbiyyat, Pedaqogika və psixologiya, Humanitar və təsviri incəsənət, Riyaziyyat və tədris metodikası, Ali riyaziyyat və informatika, eləcə də Ümumi fənlər kafedraları fəaliyyət göstərir. Son 5 ildə institut əməkdaşlarının 503 məqaləsi, 277 tezisi, 30 kitabı, o cümlədən 19 mono­qrafiya, 3 dərslik, 27 dərs vəsaiti və həmçinin 76 metodik vəsait və fənn proqramları nəşr edilmişdir. İnstitut əməkdaşları tərəfindən mətbuatda müasir dövrün aktual problemlərinə dair məqalələr, yazılar dərc olunmuş, radio və televiziya verilişlərində mütəmadi çıxışlar, diskussiyalar aparılmışdır. 
Naxçıvan Müəllimlər İnstitutu 2011-ci ilin aprel ayında attestasiya və akkreditasiya komissiyasından keçərək sertifikat almışdır. Ötən müddətdə institutun bakalavr səviyyəsini 869 tələbə bitirmişdir. Bu gün ali təhsil ocağında mütərəqqi təhsil metodlarının tətbiqinə geniş fikir verilir. Dünyada qəbul edilmiş tədris metodlarından istifadə tələbələrin bilik və dünyagörüşünün inkişaf etdirilməsinə səbəb olmuşdur. Hazırda institutda təhsil Boloniya sistemi üzrə aparılır. Bu da Avropa təhsil sisteminə inteqrasiya baxımından mühüm əhəmiyyət daşıyır.
Naxçıvan Müəllimlər İnstitutunda elmi tədbirlərin təşkili və elmi-pedaqoji kadrların hazırlanması daim diqqət mərkəzində saxlanılır, əlamətdar günlərdə konfrans və simpoziumlar keçirilir, elmi müzakirələr aparılır. 2003-cü ildən başlayaraq hər ilin may ayında ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş “Müasir təlim metodları və yeni pedaqoji texnologiyanın təlim-tərbiyə prosesində tətbiqi” mövzusunda elmi-praktik konfrans keçirilir. Konfransda ali təhsil müəssisələri əməkdaşları ilə bərabər, təhsil şöbələrinin əməkdaşları və orta məktəb müəllimləri də fəal iştirak edir, ulu öndərin zəngin siyasi fəaliyyəti ətraflı təhlil olunur, müxtəlif mövzularda mühazirələr oxunur. Bununla yanaşı, hər il institutda “Heydər Əliyev və Azərbaycan”, “Milli Qurtuluş Günü”, “Dövlət Müstəqilliyi Günü”, “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”, “Xocalı faciəsi”, “Azərbaycanlıların soyqırımı və deportasiya tarixi”, “Beynəlxalq Ana Dili Günü”, “Azərbaycan gəncliyi inkişaf yollarında” mövzularında və görkəmli şəxsiyyətlərə həsr olunmuş elmi-praktik konfranslar da təşkil olunur.
İnstitut ölkəmizdə, eləcə də muxtar respublikamızda fəaliyyət göstərən ali təhsil ocaqları və elm müəssisələri ilə mütəmadi əlaqələr saxlayır. 2007-ci ildən başlayaraq Naxçıvan Müəllimlər İnstitutu Naxçıvan Dövlət Universiteti, AMEA Naxçıvan Bölməsi, Riyaziyyat və Mexanika İnstitutu, Azərbaycan Astronomiya Cəmiyyəti və Marağa Astronomiya və Astrofizika Elmi-Tədqiqat İnstitutu ilə birlikdə müxtəlif mövzularda fizika, riyaziyyat və texnika elmləri üzrə beynəlxalq simpozium və konfranslar keçirmişdir. Bununla yanaşı, 2009-cu ildən başlayaraq institut Naxçıvan Dövlət Universiteti və Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu ilə birlikdə “Pedaqoji kadr hazırlığı: problemlər, vəzifələr, tədris prosesinin təkmilləşdirilməsinin pedaqoji-psixoloji problemləri” mövzularında beynəlxalq konfranslar keçirir. Naxçıvan Müəllimlər İn­s­titutu bir sıra dünya universitetləri ilə elmi əməkdaşlıq edir. Ukrayna Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutu, Xarkov Universiteti, Türkiyə Respublikasının Kocaeli Universiteti, Qars Qafqaz Universiteti, Kırşehir Ahı Evran Universiteti, İngiltərənin London Riyaziyyatçılar Birliyi, Qazaxıstan Respublikasının Almatı Milli Universiteti ilə sıx əlaqə saxlanılır.
Naxçıvan Müəllimlər İnstitutunda zəngin kitabxana fəaliyyət göstərir. 33 minə yaxın kitab fonduna malik olan kitabxana son illərdə nəşr olunan tədris-metodik, elmi, mono­qrafik xarakterli ədəbiyyatlarla zənginləşdirilmiş və elektron kataloq yaradılmışdır. Hazırda fondda 1500 ədəd elektron kitab vardır. Həmçinin institutun “Xəbərlər” elmi-metodik jurnalı nəşr olunur. Jurnalın ildə 4 nömrəsi buraxılır. Bu günədək jurnalın 32 nömrəsi işıq üzü görmüşdür. İnstitutda müasir avadanlıqlarla təchiz olunmuş Nəşriyyat şöbəsi də fəaliyyət göstərir.
İnstitut əməkdaşları elmi araşdırmalar sahəsində də bir sıra uğurlar əldə etmiş, yeni elmi əsərlər yazılmışdır. Elmi nailiyyətlərin istehsalatda tətbiqi ilə bağlı olaraq filologiya elmləri doktoru, professor Akif İmanlının “Uşaqların körpəlik dövründə tərbiyəvi iş və nitq inkişafı məsələləri”, professor Sadıq Vəliyev və Rafiq Hüseynovun “Dərsin səmərəli təşkilində fəal interaktiv təlimə bir baxış”, professor Oruc Həsənlinin “Məktəb psixoloqunun stolüstü kitabı”, filologiya üzrə fəlsəfə doktoru Həsənəli Eyvazlı və Tamara Baxşəliyevanın “Milli kurikulum yeni təlim metodlarında”, professor Sadıq Vəliyev və pedaqogika üzrə fəlsəfə doktoru İsa Əliyevin “Cəbr kursunda məsələ həllinə rəhbərlik və çalışmalar” adlı dərs vəsaitləri, metodik vəsaitlər və digər elmi ədəbiyyatlar hazırlanaraq Naxçıvan Muxtar Respublikasının bütün rayon təhsil şöbələrinə paylanmışdır.
Elmi kadrların hazırlanması intellektual inkişafın əsas şərtidir. Ona görə də institutda elmi-pedaqoji kadrların hazırlanmasına xüsusi diqqət yetirilmişdir. Belə ki, son beş ildə institut əməkdaşlarından 4 nəfəri elmlər doktoru, 10 nəfəri fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. Eyni zamanda müəllim kollektivinin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, professor-müəllim heyətindən 2 nəfəri Azərbaycan Respublikasının əməkdar müəllimi, 9 nəfəri Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi, 1 nəfəri Naxçıvan Muxtar Respublikasının əməkdar həkimi, 1 nəfəri isə Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisidir. 2 nəfər “Tərəqqi” medalına layiq görülmüşdür.

Təhsil gələcəyə istiqamətlənmiş inkişaf metodudur. Naxçıvan Müəllimlər İnstitutunun kollektivi qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsi, ixtisaslı pedaqoji kadrların hazırlanması sahəsində uğurla fəaliyyət göstərir. Çünki alitəhsilli müəllimlər ordusunun hazırlanması, ilk növbədə, gələcəyimiz olan gənclərin hərtərəfli yetişdirilməsində, ölkəmizin intellektual potensialının artırılmasında mühüm əhəmiyyətə malikdir.

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3272107
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1728
4121
9876
56753
3272107

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter