29 Yanvar 2020, Çərşənbə

AMEA Naxçıvan Bölməsinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabat yığıncağı keçirilib.
Hesabatı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq 2019-cu ildə AMEA Naxçıvan Bölməsində həyata keçirilən işlər haqqında məlumat verib.

Bildirilib ki, cari ildə bölmə əməkdaşlarının 18 monoqrafiyası, 8 kitabı, 1 kitabçası, 3 metodik vəsaiti, 549 elmi məqaləsi, 222 konfrans materialı, 7 tezisi olmaqla, 808 elmi əsəri çap olunub, 4 buklet və bir xəritə tərtib edilib. Mono­qrafiyalardan 4-ü, elmi məqalələrdən 73-ü, konfrans materiallarından 57-si, tezislərdən 1-i xaricdə nəşr olunub. “Naxçıvan Duzdağı” kitabı, “Nemətullah Naxçıvani: taleyi və sənəti” və “Ərtoğrol Cavid: taleyi və sənəti” məqalələr topluları çap edilib, “Naxçıvan tarixi mənbələrdə” kitabı isə çapa təqdim olunub.
Qeyd olunub ki, hesabat ili ərzində AMEA Naxçıvan Bölməsi ilə Türkiyə Cümhuriyyətinin İqdır Universiteti arasında elmi əlaqələrə dair memorandum, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu ilə Şimali Makedoniya Respublikasının “Vision” Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb.
Bölmənin Elmi-təşkilat şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov bölmənin illik elmi və elmi-təşkilati fəaliyyəti barədə məruzə ilə çıxış edərək bildirib ki, cari ildə bölmədən seçilən 2 akademik və 7 müxbir üzvün il ərzində 136 əsəri, o cümlədən 6 monoqrafiyası, 1 kitabçası, 91 elmi məqaləsi, 38 konfrans materialı çapdan çıxıb. Cari ildə bölmə üzrə 2 respublika səviyyəli qrant layihəsinin icrası başa çatıb, 2-si beynəlxalq və 1-i respublika səviyyəli olmaqla, 3 qrant layihəsinin icrası isə hazırda davam etdirilir.
Vurğulanıb ki, hesabat dövrü ərzində bölmənin gənc əməkdaşlarının 3 monoqrafiyası, bir tərcümə kitabı, 142 məqaləsi, 60 konfrans materialı, 5 tezisi olmaqla, 211 əsəri çap olunub.
2019-cu ildə bölmədə bir beynəlxalq, bir respublika, 22 elmi konfrans, 17 iclas, oxunması zəruri olan 11 kitabın müzakirəsi, 20 kitab və monoqrafiyanın, həmçinin Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin hədiyyə etdiyi qədim əlyazma və kitabların təqdimatı keçirilib.
Bölmənin elmi-tədqiqat institutlarının direktorları, AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin üzvləri, professorlar Əbülfəz Quliyev, Fəxrəddin Səfərli, Tofiq Əliyev hesabat məruzəsi ətrafında çıxışlar ediblər.
Sonra ictimai və humanitar elmlər sahəsində il ərzindəki fəaliyyətlərinə görə fərqlənənlər – İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova, Bioresurslar İnstitutunun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Mahir Məhərrəmov bölmənin təsis etdiyi “İlin alimi” fəxri diplomu ilə təltif ediliblər.

Xəbərlər şöbəsi

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR