25 Yanvar 2020, Şənbə

Dünən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən eksternat qaydada aralıq imtahanı keçirilib. 

İmtahanda müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən və həmin səviyyə üzrə buraxılış imtahanı verərək attestat almaq istəyən namizədlər iştirak ediblər.
Sərbəst (eksternat) təhsilalma forması əsasında müstəqil hazırlaşıb ümumi orta və ya tam orta təhsil üzrə buraxılış imtahanlarında iştirak etmək istəyən şəxslərin 1 noyabr 2019-cu il tarixdən 10 yanvar 2020-ci il tarixədək Təhsil Nazirliyində sənəd qəbulu aparılıb. Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən imtahanlarda ümumi orta təhsil bazasından 161, tam orta təhsil bazası üzrə isə 318 olmaqla, ümumilikdə, 479 nəfər iştirak edib.

Ümumi və tam orta təhsil səviyyəsi üzrə attestat almaq üçün müraciət edənlər hər birindən 10 sual olmaqla, 6 fənn ( kimya, fizika, informatika, tarix, biologiya və coğrafiya) üzrə imtahan veriblər. Sual­ların cavablandırılması üçün 90 dəqiqə vaxt müəyyənləşdirilib.
İmtahanlarda uğur qazanmış şəxslər Dövlət İmtahan Mərkəzi tərəfindən tam və ümumi orta təhsil səviyyələri üzrə keçiriləcək buraxılış imtahanlarında iştirak edəcək, həmin imtahanlardan müsbət qiymət alanlara ümumi orta və ya tam orta təhsil haqqında attestat veriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR