25 Yanvar 2020, Şənbə

“İRS-Herıtage” beynəlxalq jurnalın növbəti sayında AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin “Xristianlığın ilk şəhid milləti ermənilərdirmi?” mövzusunda məqaləsi dərc ­olunub.
Rus dilində çap olunan məqalədə “böyük erməni tarixi”ni yaratmaq üçün “Nuhun nəvələri və varisləri”, “vəd olunmuş torpaqlar”, “yer üzünün ilk xristian etnosu və dövləti” kimi iddialar ortaya atan, tarixlərini real olaraq deyil, görmək istədikləri kimi dəyişdirməyə çalışan saxtakar erməni yalanlarından bəhs edilir.
Qeyd olunur ki, erməni iddialardan biri də “xris­tianlığın ilk şəhid milləti” iddiasıdır ki, bu da 1915-ci il hadisələrini müsəlman-xristian toqquşması kimi bütün dünya ictimaiyyətinə təhrif olunmuş şəkildə ­tanıtmaqdır.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR