28 Fevral 2020, Cümə

Muxtar respublikamızın ümumtəhsil məktəblərində şahmat dərslərinin tədrisi səviyyəsinin artırılması, uşaq-gənclər şahmat məktəblərinin fəaliyyətinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şahmat Federasiyası ilə birlikdə mütəmadi olaraq şahmat məşğələləri də təşkil edir.

Həmin tədbirlərin davamı olaraq dünən Naxçıvan Şahmat Mərkəzində “Yarımaçıq debütlər, “Fransız müdafiəsi”nə aid oyunların təhlili” mövzusunda növbəti interaktiv dərs keçilib. Dərsi beynəlxalq dərəcəli hakim Emin Hacıyev aparıb. Qeyd olunub ki, “Fransız müdafiəsi” yarımaçıq debütlərə aiddir, 1 e4 e6 gedişləri ilə başlayır. Debüt London şahmatçıları ilə oyunda müvəffəqiyyət qazanan parisli şahmatçıların şərəfinə belə adlandırılıb. Bu debütdə, əsasən, mərkəz uğrunda mübarizə gedir. Yəni ağlar e4 və d4 gedişləri edərək mərkəzi tutmaq istəyir, qaralar isə e6 və d5 gedişləri ilə ağlara cavab verir.
İnteraktiv şahmat məşğələsi əvvəlcə ümumtəhsil məktəblərinin şagirdləri, sonra həmin təhsil ocaqlarında şahmat fənnini tədris edən müəllimlər üçün təşkil olunub. Bununla yanaşı, həm də rayon şahmat məktəbləri ilə keçilən interaktiv dərsdə muxtar respublika şahmatçılarının oyunları təhlil edilib.
İnteraktiv dərs 200-dən artıq təhsil müəssisəsində şagird və müəllimlər, şahmat məktəblərində isə 200-dən çox şahmatçı tərəfindən elektron lövhə vasitəsilə izlənilib. Dərs zamanı şahmatçıları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat xidməti

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR