04 Mart 2021, Cümə axşamı

Bölmənin  İnformasiya şöbəsindən verilən xəbərə görə, AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.  İclası Bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Sonra bölmənin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev rəhbərlik etdiyi müəssisədə gil istehsalı ilə bağlı görülən işlər və qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, bir çox sənaye sahələrində geniş istifadə edilən bu maddənin Naxçıvan, Şahbuz, Babək və digər yataqlarda xeyli ehtiyatları mövcuddur. O, gil yataqlarının istismara cəlb edilməsinin Naxçıvanın sosial-iqtisadi inkişafına ciddi təsir göstərə biləcəyini söyləyib.

İclasda, həmçinin bölmənin viki-qruplarının fəaliyyətləri də müzakirə olunub. Məsələ ilə bağlı İnformasiya şöbəsinin mütəxəssisi Səkinə Cümşüdova bildirilib ki, 2019-cu ildə Naxçıvanın arxeoloji abidələri, qədim yaşayış yerləri, nekropol və qalaları, müxtəlif memarlıq abidələri-məscidlər, pirlər ilə bağlı Vikipediyaya 228 material, 8 adda monoqrafiya yerləşdirilib.

İclasda, həmçinin, bölmənin “Elmi əsərlər” jurnalının redaksiya heyətinin tərkibində qismən dəyişiklik edilib, “Gəmiqaya” adlı qəzetin nəşr edilməsi ilə bağlı qərar qəbul olunub.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR