04 Mart 2021, Cümə axşamı

Yanvarın 26-da Dövlət İmtahan Mərkəzi doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanı keçirib.
İmtahan Bakı və Naxçıvan şəhərlərində saat 1100-da başlayıb. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçıların öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahanda namizədlərin xarici dilə yiyələnmə səviyyəsini yoxlayıb-qiymətləndirmək üçün oxuyub-anlama, dinləyib-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloku (esse yazısı) üzrə tapşırıqlar təqdim olunub. İmtahan suallarının cavablandırılmasına və essenin yazılmasına, ümumilikdə, 2 saat 30 dəqiqə vaxt ayrılıb.
Məlumat üçün bildirək ki, 1382 namizəd ingilis, 61 namizəd fransız, 61 namizəd isə alman dili üzrə imtahan vermək üçün qeydiyyatdan keçib. İmtahanların idarə olunması üçün 14 imtahan rəhbəri, 143 zal nəzarətçisi ayrılıb.
Naxçıvan şəhərində 14 nömrəli tam orta məktəbdə 6 zalda keçirilən imtahanda 60-a yaxın namizəd iştirak edib. İmtahanın keçirilməsi üçün 6 nəzarətçi və 1 mühafizəçi regional bölmə əməkdaşı ayrılıb. Namizədlərin toplayacağı maksimal bal 50-dir. 25 və daha yuxarı bal toplamış namizədlər növbəti imtahana buraxılır. Xarici dil üzrə qüvvədə olan B2 və ya daha yüksək səviyyəli beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olan namizədlər xarici dil üzrə qəbul imtahanından azad olunurlar.
Qeyd edək ki, imtahanın nəticələri bir həftə ərzində elan olunacaq.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR