23 Sentyabr 2020, Çərşənbə

Naxçıvan Dövlət Universitetində muxtar respublika üzrə ümumtəhsil məktəblərinin fizika, kimya və biologiya müəllimləri üçün 5 günlük laborator təlim təşkil olunub.

Hər ixtisasdan 30 nəfər olmaqla, ümumilikdə, 90 müəllimin iştirak etdiyi təlim uğurla başa çatıb. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev müəllimlərin gələcək peşə bacarıqlarının formalaşmasına, orta məktəblərdə tədris etdikləri fənlərlə əlaqədar təcrübi biliklərin artırılmasına xidmət edən təlimin əhəmiyyətindən danışıb. Bildirilib ki, zəngin maddi-texniki bazaya malik olan universitetdə müxtəlif laboratoriyalarda yaradılan imkanlar bu ixtisaslarla bağlı biliklərin təcrübi surətdə mənimsənilməsinə xidmət edir. Rektor müvafiq sərəncamlara uyğun olaraq ali və orta məktəblərin birgə fəaliyyətlərinin səmərəsini, qarşılıqlı surətdə aparılan işlərin gələcək peşə hazırlığı istiqamətində əhəmiyyətini diqqətə çatdırıb. Elbrus İsayev təlim keçən müəllimlərin peşəkarlığını yüksək qiymətləndirərək təlimdə öz səy və bacarıqlarını həvəslə təqdim etdiklərinə görə təşəkkürünü bildirib.

Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxışında qeyd edib ki, muxtar respublikada təhsil və ixtisaslı mütəxəssis hazırlığı dövlət siyasətinin prioritet istiqamətlərindən sayılır. Təhsilə göstərilən dövlət qayğısından, təhsilin keyfiyyətinin hər il yüksəldilməsindən bəhs edən nazir vurğulayıb ki, ümumtəhsil məktəblərində dəqiq elmlərin tədrisi səviyyəsinin yaxşılaşdırılması, müəllimlərin peşə hazırlıqlarının yüksəldilməsi, şagirdlərin bu sahə üzrə bilik və qabiliyyətlərinin artırılması diqqətdə saxlanılır.
Müəllimlərin ümumtəhsil məktəblərində yaradılan laboratoriyalardan tədris prosesində səmərəli istifadəsini təşkil etmək və onların təcrübi bacarıqlarının artırılması məqsədilə keçirilən tədbirin əhəmiyyətini diqqətə çəkən nazir yaradılan imkanları xüsusi dəyərləndirib, gələcək əməkdaşlıq məsələlərinə toxunub.
Müəllimlər onlar üçün yaradılan şəraitə görə minnətdarlıq ediblər.
Sonda təlimi uğurla başa çatdıran müəllimlərə sertifikatlar təqdim ­olunub.
Qeyd edək ki, təlimçilər universitetin yüksəkixtisaslı peşəkar professor-müəllim heyəti arasından seçilib. Bu sahə üzrə yüksək bacarığa malik olan peşəkar kadrlar öz laborator təcrübələrini əyani surətdə orta məktəb müəllimlərinə nümayiş ­etdiriblər.

Səadət ƏLİYEVA

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR