05 Aprel 2020, Bazar

Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə müəllim və şagird kollektivinin iştirakı ilə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər, Təhsil, Gənclər və İdman nazirliklərinin Tədbirlər Planına uyğun olaraq maarifləndirici tədbir keçirilib. Tədbirin məqsədi orta təhsil müəssisələrindəki şagirdlərin milli-mənəvi dəyərlər, vətənpərvər ruhda tərbiyə edilməsi, asudə vaxtlarında idman yarışlarına, oxunması zəruri olan kitabların mütaliəsinə cəlb olunmalarıdır. Digər bir məqsəd isə onları tütün məhsullarının zərərli təsirləri, sosial şəbəkələrdən təhlükəsiz istifadə, yetkinlik yaşına çatmayanlar və gənclər arasında cinayətkarlığın, hüquqpozmaların profilaktikası, radikal və ekstremist yönümlü dini təriqətlərlə bağlı maarifləndirmək olub.

Tədbiri giriş sözü ilə 5 nömrəli tam orta məktəbin uşaq birliyi təşkilatının rəhbəri Məhsəti Əliyeva açıb.
Sonra yeniyetmə və gənclərdə vətənpərvərlik hisslərinin yüksəldilməsi, yetkinlik yaşına çatmayanlar və gənclər arasında cinayətkarlığın, hüquqpozmaların profilaktikası, sosial şəbəkələrdən təhlükəsiz istifadə, radikal və ekstremist yönümlü dini təriqətlərin yayılmasının qarşısının alınması mövzularında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru, polis baş leytenantı Səid Babayev çıxış edib. Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodisti Şahmar Hüseynov milli-mənəvi dəyərlər və oxunması zəruri olan kitabların mütaliəsinin, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin baş məsləhətçisi Tural İsmayılov isə yetkinlik yaşına çatmayanların asudə vaxtlarının düzgün təşkilinin və sağlam həyat tərzinin əhəmiyyətindən danışıblar.

 Pərviz HACILI

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR