05 Avqust 2020, Çərşənbə

Dünən Naxçıvan Müəllimlər İnstitutunda tədris planlarına uyğun olaraq İbtidai sinif müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi və Məktəbəqədər təlim və tərbiyə ixtisaslarının pedaqoji təcrübəsinin başlanğıc konfransı keçirilib.

Konfransda institutun professor-müəllim heyəti, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları və pedaqoji təcrübəyə başlayacaq tələbələr iştirak ediblər.

İnstitutun rektoru Azad Novruzov konfransı açaraq qeyd edib ki, ixtisaslar üzrə tədris planına uyğun olaraq İbtidai sinif müəllimliyi, Məktəbəqədər təlim və tərbiyə ixtisaslarında təhsil alan tələbələr IV tədris ilinin VIII semestri, Riyaziyyat və informatika müəllimliyi ixtisasında təhsil alan tələbələr V tədris ilinin X semestrində 14 həftəlik pedaqoji təcrübə keçəcəklər. Bu ixtisaslar üzrə 218 tələbə Naxçıvan şəhər məktəbləri və məktəbəqədər təhsil müəssisələrində olacaqlar.
Vurğulanıb ki, tələbələrin müəllimlik fəaliyyətinə hazırlanmasında pedaqoji təcrübə mühüm əhəmiyyət kəsb edir. Onlarda ixtisaslar üzrə qazanılan nəzəri bilikləri tətbiq etmək bacarığının və müəllimə xas olan keyfiyyətlərin formalaşdırılması pedaqoji təcrübə vasitəsilə həyata keçirilir. Bu prosesdə tələbələr gələcək peşə fəaliyyətləri üçün zəruri olan bacarıq və vərdişlər əldə edirlər. Pedaqoji təcrübənin nəticəsi bir sıra amillərlə yanaşı, ilk növbədə, bu prosesin necə təşkil olunmasından, maraqlı tərəflərin və tələbələrin məsuliyyətindən asılıdır.
Sonda Azad Novruzov pedaqoji heyətə və tələbələrə uğurlar arzu edib.
Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov müəllim kadrlarının hazırlanması üçün muxtar respublikada görülən işlərdən danışıb. Nazir pedaqoji ixtisaslarla hamilik çərçivəsində aparılan məqsədyönlü işlərin əhəmiyyətinə toxunaraq pedaqoji təcrübənin yüksək səviyyədə təşkili üçün qarşıda duran vəzifələrdən bəhs edib, müəllim və tələbələrə uğurlar arzulayıb.
Nazir məktəblərdə təcrübə müddəti ərzində yerinə yetiriləcək işlərlə bağlı məktəb direktorlarına aidiyyəti üzrə tapşırıqlar verib.
Sonra institutun təcrübə rəhbəri Təranə Əliyeva, dekanlardan Arif Ağalarov və Rövşən Vəliyev çıxış ediblər.
Sonda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin ali təhsil ocağına hədiyyə etdiyi dərslik və metodik vəsaitlər təqdim olunub.

Naxçıvan Müəllimlər İnstitutunun
mətbuat xidməti

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR