04 Aprel 2020, Şənbə

Fevralın 23-də Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçirib.
Qəbul imtahanı respublikanın 5 – Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə, 49 imtahan binasında aparılıb. İmtahan hər yerdə eyni vaxtda, saat 1100-da başlanıb və 3 saat davam edib.

Qeyd edək ki, iştirak üçün 15 min 738 bakalavr ərizə təqdim edib. Onlardan 14 min 434-ü Azərbaycan, 1304-ü isə rus bölməsi üzrə imtahan verib. Ərizə verənlərin 7139-u oğlan, 8599-u isə qızdır. İmtahanın idarə olunmasına 154 imtahan rəhbəri, 1580 nəzarətçi-müəllim, 251 buraxılış rejimi əməkdaşı cəlb olunub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, bakalavrların öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Naxçıvan şəhərində imtahan 7 və 14 nömrəli tam orta məktəblərdə keçirilib. Bunun üçün 43 zal hazırlanıb, imtahana 58 nəzarətçi və 5 imtahan rəhbəri cəlb olunub. İmtahanda 488 bakalavr iştirak edib. Qaydalara görə, bakalavrlara 50-si məntiqi təfəkkür, 25-i xarici dil, 25-i isə informatika olmaqla, 100 sual təqdim edilib.
İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan edilməsi nəzərdə tutulur.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR