07 Aprel 2020, Çərşənbə axşamı

AMEA Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasında Günəş sisteminin cisimləri ilə bərabər, parlaq ulduzlarının müşahidəsi və tədqiqatı da həyata keçirilir.

Bölmənin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən  bildirilib ki, rəsədxanada ulduzların tədqiqatı sahəsində AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları ilə birgə cari ilin yay-payız mövsümündə geniş şəkildə müşahidələrin aparılması nəzərdə tutulub.

Hazırda tədqiq edilməsi planlaşdırılan parlaq ulduzlar seçilib və onların müşahidə olunması üçün nəzəri və metodik üsullar işlənib hazırlanır.

Müşahidələrin aparılmasında və tədqiqat işlərinin yerinə yetirilməsində Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları ilə yanaşı, həm də Rusiya Federasiyasının Şimali Qafqazda yerləşən TERSKOL Rəsədxanasının nümayəndələrinin də iştirakı nəzərdə tutulub.

 

 

 

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR